Qafqaz Universitetində informatika üzrə olimpiadaya start verilib
Tarix: 06.04.2015 | Saat: 16:53:00 | E-mail | Çapa göndər


Qafqaz Universitetində Heydər Əliyev Fondunun, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı və Qafqaz Universitetinin təşkilati dəstəyi ilə 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə X Ümumrespublika Olimpiadası”nın açılış mərasimi keçirilib.
Tədbirdə təşkilat komitəsinin üzvləri , iştirakçı universitetlərin nümayəndələri və komanda üzvləri iştirak edib. Məlumat verilib ki, Olimpiadada iştirak etmək üçün ali təhsil müəssisələrindən 63 komanda qeydiyyatdan keçmiş və onlardan 56-sının qeydiyyatı təsdiqlənib. Müsabiqənin şərtlərinə görə olimpiadada hər bir təhsil müəssisəsindən maksimum 5 komanda qeydiyyatdan keçə bilər və hər bir təhsil müəssisəsinin ən yaxşı nəticə göstərən yalnız 1 komandası olimpiadanın ikinci (final) mərhələsinə vəsiqə qazanacaq.
Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəliyev bildirib: "Hörmətli olimpiada iştirakçları sizi nazirlik adından salamlayıram. Çox yaxşi haldır ki, ölkəmizdə belə olimpiada keçirilir. Siz gənclər bilməlisiniz ki, ölkəmizdə Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğı sayəsində bu sahədə də sürətli inkişaf gedir. Sizlərdə gələcəkdə görülən bu işlərin iştirakçısı olacaqsız. Ona görədə olipiada təşkil edərək sizin komanda şəklində işləmənizə şərait yaradırıq. Çünki komanda şəklində işləmədən , biliklərinizi bölüşmədən inkişaf etmək olmaz. Bütün komandalara uğurlar arzulayıram".
Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç qeyd edib ki, 2007 -ci ildən davam edən olimpiadaya ev sahibliyi etmək bizi sevindirir: “Ölkəmizdə ən sürətlə inkişaf edən sahələr arasında informasiya texnologiyalarının xüsusi yeri var. Sizin olimpiadada qazancınız həm bilik mübadiləniz, həm də burada qazandığınız dostlar olacaq. Mən də sizə uğurlar arzulayıram."
Naxçıvan Dövlət Universitetinin nümayəndəsi və digər çıxış edənlər də olimpiadanın keçirilməsinin əhəmiyyətindən danışıblar.
Açılış tədbirindən sonra olimpiadanın I mərhələsinə start verilib. I mərhələdə 14 ali təhsil müəssisəsindən 50 komanda (hər komandada 3 tələbə) iştirak edib. Müsabiqədə komandalara 10 alqoritmik məsələnin 5 saat ərzində kompüterdə proqramlaşdırılması tapşırığı verilib. Məsələlərin həlli PC2-9.2.4 online avtomatik qiymətləndirmə sistemi vasitəsilə qiymətləndirilib.
Müsabiqənin ikinci (final) mərhələsi AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək. Müsabiqənin qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info