“Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli-mənəvi dəyərlərə qayıdış sürətlənib”
Tarix: 06.04.2015 | Saat: 19:21:00 | E-mail | Çapa göndər


Zaqatala şəhərində “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Zaqatala rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən iki günlük regional konfransda şimal-qərb bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imamlar, eləcə də fəal dindar və ilahiyyatçılar iştirak edir.
Konfransda çıxış edən Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədədir, müxtəlif dinlərin nümayəndələri azad şəraitdə yaşayırlar: “Azərbaycan dünyaya inteqrasiya edən ölkədir, amma bununla yanaşı, biz öz milli-mənəvi dəyərlərimizi də qoruyuruq”.
DQİDK sədri Mübariz Qurbanlı konfransın əhəmiyyətindən və ölkədə dövlət-din münasibətlərindən ətraflı danışaraq deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli-mənəvi dəyərlərə qayıdış sürətlənib. O qeyd edib ki, ölkədə digər dini konfessiyalara da dövlət tərəfindən diqqət və qayğı göstərilir, kilsə və sinaqoqlar təmir olunur, yeniləri tikilir.
Konfransdan sonra Mübariz Qurbanlı və Mübariz Əhmədzadə Bakı İslam Universitetinin Zaqatala filialına, Cümə məscidinə, həmçinin Əliabad qəsəbəsindəki mədrəsəyə baş çəkiblər və dini icma üzvləri ilə görüşüblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
18.01.2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info