Bərdədə “Şahin ” hərbi-idman oyununun rayon birinciliyinin final mərhələsi
Tarix: 06.04.2015 | Saat: 20:26:00 | E-mail | Çapa göndər


4 aprel 2015-ci il tarixdə Milli Qəhrəman Elgiz Kərimov adına 4 saylı Bərdə şəhər tam orta məktəbin idman meydançasında Bərdə rayon Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Şahin ” hərbi-idman oyununun rayon birinciliyinin final mərhələsi keçirilmişdir. Tədbirin açılışında Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov, baş məsləhətçi Aydın Qasımov , Təhsil şöbəsinin metodisti İsa Abbasov, H.Zeynalov adına Gərənə kənd tam orta məktəbin direktoru Teymur Həmidov çıxış etmişlər.
Finalda zona mərhələsinin qalibi olmuş 6 komanda iştirak etmişdir. Gərgin mübarizə şəraitində keçirilən bu yarışda daha güclü olan H.Zeynalov adına Gərənə kənd tam orta məktəbin komandası 1-ci yeri, Yasəf Kərimov adına Yeni Daşkənd kənd tam orta məktəbin komandası 2-ci yeri, N.Malıyev adına Qaradırnaq kənd tam orta məktəbin komandası 3-cü yeri tutmuşlar.
Qaliblər Gənclər və İdman idarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla təltif olunmuşlar. 1-ci yeri tutmuş H.Zeynalov adına Gərənə kənd tam orta məktəbin komandası bu yaxınlarda Goranboy rayonunda keçiriləcək Respublika birinciliyinin zona mərhələsində iştirak etmə hüququ qazanmışdır.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info