“The National Interest“: “Amerikan üstünlüyünə əlvida deyin”
Tarix: 06.04.2015 | Saat: 21:15:00 | E-mail | Çapa göndər


“ABŞ anlamalıdır ki, formalaşmaqda olan dünya nizamının ölkələri inkişaf şərtlərinin Qərb siyasi və iqtisadi dəyərləri ilə müşayiət ediləcəyinə inanmırlar”

“The National Interest" ABŞ-ın dünyada iqtisadi hegemonluğunun sona çatması ilə bağlı maraqlı faktlara söykənən yazı yazıb. “Amerikan üstünlüyünə əlvida deyin” adlı yazıda bildirilir: “Qiymətlər aşağı!” deyə, vaxtilə 1998-ci ilin mayında İndoneziyada etirazçılar car çəkirdilər. Beynəlxalq Valyuta Fondu İndoneziyanı müflislik həddindən xilas etmək üçün addım atanda onlar belə tələb etdilər: dövlət müəssisələri özəlləşdirilsin, dövlət xərcləri kəskin azaldılsın və daha “simic” pul siyasəti həyata keçirilsin. İşsizlik və eyni vaxtda əsas zəruri məhsullar üzrə qiymətlər o zaman artmışdı. Bənzər mənzərəni Latın Amerikası, Afrika və Şərqi Avropada da görmək olardı. Belə ki, Beynəlxalq Valyuta Fondunun Asiya maliyyə böhranı üçün reseptləri iqtisadi acıları daha da dərinləşdirmişdi.
Qərbin liderlik etdiyi qlobal iqtisadi siyasətin başqa bir sütunu olan Dünya Bankında inkişaf layihələrinin maliyyələşdirilməsi şərtlərinin arasında güclü hüquq institutları və seçkilərə hörmətlə yanaşmaq kimi məsələlər vardı. Bankın yaxşı idarəetmə üçün göstəriciləri demokratiyanın gücləndirilməsinə yönəldilmiş diqqət əsasında inkişaf məqsədlərinin nəzərdə tutulması, hüququn aliliyi və Qərb üslublu dövlət institutları kimi məsələlərdir.
Daha çox iqtisadi artımda maraqlı olan inkişaf etməkdə olan ölkələrdə iqtisadiyyat və inkişaf sahəsində uzun zamandır gözlənilən alternativ arxitektura formalaşıb. Söhbət Asiya İnfrastruktur İnvestisiyaları Bankı kimi Çin təşəbbüslərindən, BRİKS Bankından, “Yeni İpək Yolu” Bankından gedir.
Özünün üstünlüyünə qarşı bu təhdidi qiymətləndirmək üçün ABŞ yeni imkanları dəyərləndirməlidir.
2008-ci ildə dünya səhnəsində Çinin meydan sulamasından sonra zəifləməyə doğru gedən ABŞ, indidən bu sahədə fəaliyyətə keçməlidir. Az öncə Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və digər ölkələr Asiya infrastruktur tələbatını ödəmək cəhdi ilə bir trilyon dollar yatırmağa hazır olduqlarını elan etdilər. Birləşmiş Ştatlar isə bu bankın yaradılması cəhdini Çinin Asiyanı öz nəzarəti altına götürmək niyyəti kimi qəbul edir. Ona görə də ABŞ, öz müttəfiqlərindən, o cümlədən, Avstraliya və Cənubi Koreyadan tələb edir ki, həmin banka daxil olmasın.
Hazırda banka daxil olmaq sadəcə, simvolik gedişdir. Bank cəmisi 50 milyard dollarlıq kapitala əsaslanır və onun idarəetmə mexanizmi hələ formalaşmayıb.
Ona 35 ölkə daxil olmağa hazır olduqlarını bildirib. Bu isə onu göstərir ki, Çin Asiya üçün, mənzil-qərargahları Vaşinqtonda olan maliyyə institutlarından daha çox şey etmək istəyir. Belə bir qənaət Çinin öz heyrətamiz artım tempi ilə inkişafına əsaslanır. Burada bankdan yardım alanlar üçün daha bir vacib məsələ odur ki, Çin digər ölkələrin daxili işlərinə qarışmamaq vəd edir. Bu isə Qərbin xarici siyasəti ilə əkslik təşkil edir.
Qloballaşmadakı uğursuzluqların bir qisminin günahını özünə götürən Beynəlxalq Valyuta Fondu və Dünya Bankı bu gün inkişaf etməkdə olan ölkələrdə islahatların olmasına böyük önəm verirlər. Amma kimsədə şübhə doğurmur ki, onların son məqsədi ictimai dəyər və institutlarla birgə bazar iqtisadiyyatının yaradılmasıdır. Buraya onu da əlavə etmək lazımdır ki, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu inkişaf etməkdə olan ölkələrə səs və qərar qəbuletmə hüququ vermir, buna görə də həmin ölkələr digər yardım mənbəyi axtarmağa üstünlük verirlər.

“Hazırda ABŞ-ın əsas vəzifəsi və töhfəsi baş dünya idealisti rolundan imtina etməkdir”

Uzun müddət Çinin bu təşəbbüsünün qarşısını ala bilməyən ABŞ-dan sonda belə bir mövqe nümayiş etdirildi: ABŞ maliyyə və xarici işlər nazirinin müavini Natan Şits ötən həftə dedi ki, ABŞ Çinin bankı ilə inkişaf layihələri çərçivəsində əməkdaşlıq etmək istəyir. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı da bu ruhda çıxış etdilər. Onlar öz ləyaqətlərini itirməmək üçün belə bir bəyanat verdilər ki, layihədə iştirakları “sınanmış yüksək keyfiyyət standartlarına əməl edilməsini” təmin edəcək. Halbuki ABŞ Çin bankı üçün hansısa qaydalar tətbiq edə bilməz”.
Qeyd edilir ki, ABŞ anlamalıdır ki, formalaşmaqda olan dünya nizamının ölkələri artıq, inkişafın şərtlərinin Qərb siyasi və iqtisadi dəyərləri ilə müşayiət ediləcəyinə inanmırlar.
O da bildirilir ki, hazırda ABŞ-ın əsas vəzifəsi və töhfəsi baş dünya idealisti rolundan imtina etmək və dünyada ən nüfuzlu praqmatik kimi qalmaq ola bilər: “ABŞ çoxqütblü iqtisadi düzən dünyasında özünün unikal mövqeyindən yararlanmalı və əməkdaşlığın inkişafına nail olmalıdır”.

İlkin AĞAYEV






 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info