“Petlim” 400 milyon dollar sərmayə ilə tamamlanacaq”
Tarix: 06.04.2015 | Saat: 23:28:00 | E-mail | Çapa göndər


“Türkiyənin üçüncü, Egey bölgəsində ilk böyük liman olan “Petlim” 400 milyon dollar sərmayə ilə tamamlanacaq”. Bu barədə “SOCAR Türkiyə”nin baş icraçı direktoru Kənan Yavuz məlumat verib. O bildirib ki, biz yalnız limanın inşasını həyata keçiririk. Avadanlıqla təchizatı isə limanı idarə edəcək şirkət öz üzərinə götürüb. Hazırda tikinti işlərinə 300 milyon dollar həcmində vəsait xərclənib. “Limanın idarəçiliyi 28 il müddətində Hollandiyanın “APM Terminals” şirkəti tərəfindən həyata keçiriləcək. Limanın ən böyük xüsusiyyəti Pire limanının alternativi olmasıdır. Hazırda Egey dənizində böyük gəmilərin yanaşa biləcəyi bir liman yoxdur. Bundan sonra “Petlim” limanı dünyanın ən böyük konteyner gəmilərini qəbul edə biləcək” - deyə K.Yavuz bildirib.
Qeyd edək ki, ilkin mərhələdə ötürücülük qabiliyyəti 1,5 milyon TEU olacaq limanın gücünün sonradan iki dəfəyədək artırılması planlaşdırılır.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info