“Milli iqtisadiyyatın artımının əsas daşıyıcısı qeyri-neft sektorudur”
Tarix: 06.04.2015 | Saat: 23:30:00 | E-mail | Çapa göndər


“Hazırda milli iqtisadiyyatın artımının əsas daşıyıcısı rolunda qeyri-neft sektoru çıxış etməkdədir. Qeyri-neft sektorunun inkişafı, neftdən asılılığın daha da azaldılması əsas prioritetlər sırasına daxil olub. Bu prioritetlər “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əks olunmaqla, burada resurslardan istifadənin səmərəliliyinin yüksəldilməsi, rəqabət qabiliyyətli istehsal sahələrinin yaradılması nəzərdə tutulur”.
Bunları İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev AZƏRTAC-a bildirib. A.Əliyev vurğulayıb ki, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması daim diqqətdə saxlanılır. Qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq ölkədə biznesin tənzimlənməsinin hüquqi bazası formalaşdırılıb. Biznesə başlama və gömrük əməliyyatlarında “bir pəncərə” prinsipi, habelə elektron qeydiyyat, elektron bəyannamə sistemləri tətbiq edilib. Hazırda dövlət orqanları tərəfindən göstərilən 450-dən çox xidmətdən elektron qaydada istifadə edilir. Kiçik və orta biznesin inkişafı üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kreditlərin verilməsi, qeyri-neft sektorunda iri layihələrin maliyyələşdirilməsi üçün Azərbaycan İnvestisiya Şirkətinin dəstəyi və AZPROMO-nun fəaliyyəti müasir istehsal sahələrinin yaradılmasına, xarici investisiyaların cəlb olunmasına, iş adamları arasında işgüzar əlaqələrin genişlənməsinə xidmət edir: “İnkişafın əsas faktorlarından olan insan kapitalının inkişafı da diqqət mərkəzindədir, təhsil islahatları, biznesə əlavə treninqlər və neft gəlirləri hesabına 3 mindən çox azərbaycanlı gəncin nüfuzlu xarici təhsil ocaqlarında təhsil almaları təmin edilib. Qeyri-neft sektorunun davamlı inkişafı məqsədi ilə sənayeləşmə siyasəti yürüdülüb, müasir sənaye komplekslərinin yaradılması istiqamətində zəruri işlər görülüb və bu proseslər davamlı xarakter daşıyır”.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info