Çiprasın Moskva səfəri Avropada narazılıq yaradıb
Tarix: 06.04.2015 | Saat: 23:34:00 | E-mail | Çapa göndər


Alman siyasətçilər Yunanıstanın Moskva ilə xüsusi əlaqələr qurmasını Brüsselə alternativ yaratmaq siyasəti kimi qəbul
edirlər


Alman siyasətçilər hesab edir ki, Yunanıstan baş naziri Aleksis Çiprasın bu yaxınlarda Rusiya prezidenti ilə gözlənilən görüşü Avropa Birliyi daxilində həmrəyliyi sarsıda bilər.
Məsələnin önəmli cəhətlərindən biri də odur ki, Bundestaqda təmsil olunana bəzi millət vəkilləri də yunan baş nazirin bu səfərini avrozona daxilində birliyini pozula bilməsi kimi qiymətləndirir. Məsələn, Almaniya hökumətinin Rusiya üzrə səlahiyyətli nümayəndəsi Qernot Erler Çiprasın Moskvaya səfər ərəfəsində Avropa Birliyi ökələrinə çağırış edib. O “AFP”ə verdiyi müsahibədə Avropa Birliyi daxilində həmrəyliyin saxlanılmasını həlledici amil kimi xarakterizə edib. Onun sözlərinə görə, Avropa Birliyi problemlərin həllinə yalnız "bir səslə danışacağı" təqdirdə nail ola bilər. Erlerə görə, Moskva Avropa Birliyinə Yunanıstan, Macarıstan və Bolqarıstan kimi ölkələr vasitəsilə təsir göstərməyə cəhd edə bilər. Bundestaqdan olan başqa bir millət vəkili Herda Hasselfeld də onunla eyni fikirdə olduğunu “Die Welt” nəşrinə verdiyi müsahibədə dilə gətirib. O da hesab edir ki, yunan baş nazirin Moskvaya gözlənilən səfəri Avropa həmrəyliyi üçün təhlükədir: “Yunanıstan Avropa Birliyinin bir hssəsidir və bu birlik Rusiyaya qarşı vahid mövqedən çıxış etməlidir. Yunanıstan hökuməti nəhayət ki, Avropadakı vəziyyətin ciddiliyini nəzərə almalıdır”. Onun sözlərinə görə, Çipras Rusiya səfərindən Avropa İttifaqından daha çox pul almaq üçün “piar-aksiya” kimi istifadə etməməlidir. Bu mövzuya toxunan İtaliyanın “Il Giornale” nəşri də yazır ki, Çiprasın Rusiya səfəri Avropa siyasətçilərinin, əsasən də, Merkelin xoşuna gəlmir: “Yunanıstan böhrandan çıxış yolu axtarır. Ümidlərini itirən Afina çıxış yolunu Şərqdə- Rusiyada axtarır”. Nəşrin məlumatına görə, bu səfər Almaniyanın siyasi elitasında çox narazılıqla qarşılanır. Xatırlamaq yerinə düşər ki, bu yaxınlarda Angela Merkel və Fransua Olland da Vladimir Putinlə bir araya gəlmişdi. Lakin, nədənsə, Yunanıstan-Rusiya danışıqları bəlkə də qəsdən təhlükə kimi təqdim olunur. Başqa bir İtaliya nəşri “Corriere della Sera” isə qeyd edir ki, alman siyasətçilər Yunanıstanın Moskva ilə xüsusi əlaqələr qurmasını Brüsselə alternativ yaratmaq siyasəti kimi qəbul edirlər. Qeyd edək ki, Yunanıstanın hazırkı dövlət borcu 324 milyard avro və ya ÜDM-in 178 faizini təşkil edir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
29.05.2020
Rusiya Baş nazirindən MDB ölkələrinə mesaj
29.05.2020
14 yaşına qədər uşaqlar üçün təyyarə ilə uçuş pulsuz olacaq
29.05.2020
Rusiya iqtisadiyyatı 12 faiz gerilədi
29.05.2020
Sankt-Peterburqda Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xatirəsi anılıb
28.05.2020
Belarusda 219 nəfər koronavirus infeksiyasından ölüb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
3 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
4 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
5 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info