Ponomaryovun toxunulmazlığı ləğv ediləcək
Tarix: 06.04.2015 | Saat: 23:38:00 | E-mail | Çapa göndər


Rusiya Dövlət Dumasının reqlament üzrə komitəsi Baş Prokurorluğun deputat İlya Ponomaryovun toxunulmazlığına son verilməsi ilə bağlı təqdimatını dəstəkləyib.
Bu barədə Dövlət Dumasının "Vahid Rusiya" partiyasından olan deputatı Vladimir Ponevejski bildirib. Onun sözlərinə görə, deputat İ. Ponomaryovun toxunulmazlığı məsələsinə aşağı palatanın aprelin 7-də keçiriləcək plenar iclasında baxılacaq. "Vahid Rusiya" fraksiyasının lideri Vladimir Vasilyev isə bildirib ki, parlamentin bütün fraksiyaları Baş Prokurorluğun müraciətini dəstəkləməyə hazırdır, lakin buna baxmayaraq çərşənbə axşamınadək formal olaraq onların mövqeyi müəyyən olunacaq: "Hüquq-mühafizə orqanları birinci dəfə deyil ki, deputat toxunulmazlığının ləğv edilməsi ilə bağlı müraciət edirlər. Biz Dövlət Duması kimi bir qayda olaraq bu müraciəti təmin etmişik". Öz növbəsində Dövlət Dumasının sədri Sergey Narışkin Baş Prokurorluğun parlamentin aşağı palatasına göndərdiyi təqdimatın "Skolkovo" fondundakı mənimsəmə ilə əlaqəli olduğunu söyləyib: "Dövlət Dumasına Baş Prokurorluq tərəfindən deputat Ponomaryova qarşı Cinayət Məcəlləsinin 33 və 160-cı maddələri ilə cinayət işinin açılmasına razılıq verməsi barədə təqdimat daxil olub". Xatırladaq ki, Ponomaryov Moskvanın Ukrayna ilə bağlı siyasətinin əleyhinə olan yeganə deputatdır.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info