FHN-də Birinci Avropa Oyunları ilə bağlı müşavirə
Tarix: 07.04.2015 | Saat: 15:09:00 | E-mail | Çapa göndər


Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi Yasamal Rayon İcra Hakimiyyətində “Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə qarşıda duran vəzifələr” mövzusunda rayon müşavirəsi keçirib.
FHN-nin mətbuat xidmətindən verilən xəbərə görə, nazirliyin Bakı Regional Mərkəzi aprelin 6-da Yasamal rayon İcra Hakimiyyəti və Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) Təhlükəsizlik Departamenti ilə birgə “Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə qarşıda duran vəzifələr” mövzusunda rayon müşavirəsi keçirib.
Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, bələdiyyə, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə müəssisələrinin nümayəndələri, təsərrüfat rəhbərləri, Bakı şəhəri üzrə polis və səhiyyə, enerji, qaz və su təchizatı idarələrinin, Birinci Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) Təhlükəsizlik Departamentinin səlahiyyətli nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev Birinci Avropa Oyunları ilə bağlı Yasamal rayonunda aparılan hazırlıq və abadlıq işləri, bu sahədə yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də digər aidiyyəti təşkilatların birgə fəaliyyət istiqamətləri barədə məlumat verib.
FHN-in Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev “Birinci Avropa Oyunları ilə bağlı qarşıda duran vəzifələr” mövzusundakı təqdimatında bildirib ki, müşavirənin işçi sənədləri hazırlanarkən, irimiqyaslı idman yarışları keçirmiş bir çox ölkələrin mülki təhlükəsizlik tədbirləri təhlil edilib. Təhlillər əsasında fövqəladə hallar, icra və yerli özünüidarəetmə, polis, təhsil, səhiyyə orqanlarının, eləcə də enerji, qaz, su təminatı təşkilatları və s. müəssisələrin birgə mümkün fəaliyyətinin 14 istiqaməti müəyyən edilib. T.Şamçıyev bu istiqamətləri şərh edərək aidiyyəti təşkilatlar qarşısında duran ümumi vəzifələrdən danışıb.
BAOƏK-nin qrup meneceri Karin Halifa Təhlükəsizlik Departamentinin fəaliyyəti, eləcə də yarışlar zamanı ehtimal olunan potensial təhlükələr, onlara qarşı görülən qabaqlayıcı tədbirlər barədə danışıb.
Müzakirələrdə çıxış edən rayonun idarə və təşkilatlarının rəhbərləri aparılan hazırlıq işləri, mövcud problemlər və onların həlli yolları barədə məlumat veriblər.
Müşavirənin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Qeyri-sabit hava şəraiti sentyabrın 28-dək davam edəcək
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info