“BMT Təhlükəsizlik Şurasında Azərbaycanın sədrliyi zamanı tutduğu mövqeyinə görə minnətdarıq”
Tarix: 07.04.2015 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


“Bakıya, Azərbaycana səfər edən hər kəs əvvəlki vəziyyəti indiki ilə müqayisə etdikdə ölkənizdəki tərəqqini, irəliləyişi dərhal görür. Bu işlər ölkənin mənafeyinə, tarixinə və özünəməxsusluğuna uyğun olaraq davam edir”.
Bu barədə İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni Ciddədə Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə verdiyi naharda deyib.
İyad bin Amin Mədəni Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının siyasi, iqtisadi və digər sahələrdə dəstəklənməsində hər zaman tutduğu mövqeyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib: “Tədbirlərə gəldikdə, Bakı bu yaxınlarda İƏT əmək nazirlərinin görüşünü təşkil edib. Daha sonra, təşkilatımızın turizm nazirlərinin toplantısını qəbul edib. Bundan əlavə, İƏT-ə üzv olan dövlətlərdə islam ənənələri və dəyərlərinə uyğun olaraq, qadınların oynadığı rolun daha da gücləndirilməsi mövzusunda mühüm görüş keçirilib. Həmçinin Azərbaycan əsas məsələmizə, işimizə - fələstinli qardaşlarımızın dəstəklənməsinə sadiqliyini nümayiş etdirib”.
İyad bin Amin Mədəni iki ölkənin əhalisinin əsas hissəsinin gənclər olduğunu qeyd edib: “Bu sahədə Azərbaycanın irəli sürdüyü təşəbbüslər nümunəvidir və gənclərə hansı şəkildə yanaşmanın nümunəsi ola bilər. Gənclərdə gələcəyə ümidin, inamın olması çox mühüm məsələdir. Hər hansı mənfi, radikal ünsürlərə onların daxilində müqavimət olmalıdır".
İslam Əməkdaşlıq Təşkilatının baş katibi Azərbaycanın Asiya ilə Avropa arasında körpü olduğunu deyib: “Ölkəniz, həmçinin ən qədim vaxtlardan neft ilə zəngin ölkə olub. Azərbaycanın bu cür özünəməxsusluğu, tutduğu qəti mövqeyi və İslam Əməkdaşlıq Təşkilatında dəyərləndirdiyimiz hər bir məsələyə şəxsi diqqətiniz bizim üçün fərəh mənbəyidir, arxalandığımız meyardır və hesab edirik ki, ümumi dəyərlərimizə doğru irəlilədiyimiz yolda bunları daim hiss edəcəyik. BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycanın sədrliyi zamanı tutduğu mövqeyinə görə minnətdarıq”.
İyad bin Amin Mədəni qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında sərmayələr artmalıdır: “İşləmək, fikir mübadiləsi aparmaq üçün imkanlar genişdir. İƏT-in üzvü olan dövlətlər arasında eyni layihələr və investorlarla rəqabətə girmək yox, əvəzləmə prinsipi əsasında çalışmalıyıq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq
25.09.2018
“Fransızdilli” Ermənistanın Frankofoniya sərgüzəştləri
25.09.2018
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
25.09.2018
Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info