TUMİB Qəbələdə gəncləri Azərbaycançılıq ideologiyası ilə fəxr etməyə çağırıb
Tarix: 07.04.2015 | Saat: 01:57:00 | E-mail | Çapa göndər


“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) “Gənclər arasında Azərbaycançılıq məfkurəsinin təbliği” adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində növbəti tədbir Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin təşkilatçılığı ilə Qəbələ şəhər Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində baş tutub.
TUMİB-dən bildiriblər ki, tədbirdə Qəbələ Regional QHT -lərin Resurs və Təlim Mərkəzinin icraçı direktoru Anar Məhərrəmov iştirakçılara təlim mövzusu haqqında məlumat verib, Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğundan danışıb. Qeyd edib ki, təmsil etdiyi təşkilat analoji tədbirlərin keçirilməsində həmişə yaxından iştirak edir.
Qəbələ Şəhər Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin direktoru Eyvaz Kazımov qəbələli gənclərin potensialını üzə çıxarmaq üçün müxtəlif layihələrin həyata keçirildiyini bildirib. E.Kazımov deyib ki, xarici ölkə vətəndaşları ilə sıx təmasda olduqları üçün turizm sektorunda çalışan insanların Azərbaycançılıq məfkurəsini daha dərindən öyrənməsinə ehtiyac var.
TUMİB sədri Çingiz Bayramov öncə layihə haqqında məlumat verib. Bildirib ki, layihənin məqsədi gənclər arasında Azərbaycançılıq məfkurəsini daha çox təbliğ etmək, ölkəmizdə vətənpərvər ruhlu, ziyalı gənclərin yetişməsinə təkan verməkdir. Həmçinin Azərbaycançılıq ideologiyasının təbliği ilə bağlı konfranslar, şeir, mahnı, rəsm və respublikamızın gənc jurnalistləri arasında yazı müsabiqəsi keçirməkdir.
TUMİB sədri tədbir iştirakçılarını müsabiqələrdə yaxından iştirak etməyə çağırıb.
Sonda tədbir iştirakçılarına TUMİB-in diplomlar təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Qeyri-sabit hava şəraiti sentyabrın 28-dək davam edəcək
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info