Multikulturalizm Mərkəzi kitabça nəşr edib
Tarix: 07.04.2015 | Saat: 18:25:00 | E-mail | Çapa göndər


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Müasir dövrdə Azərbaycanda sosial-iqtisadi və mənəvi inkişafın harmoniyası” mövzusunda I Virtual Dəyirmi masa materiallarının kitabçasını nəşr edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, kitabça Azərbaycan, rus və ingilis dillərində çap olunub, ön və son səhifələrində dünya dinlərinin simvolları əks olunub.
Virtual Dəyirmi masa ötən ilin oktyabr ayında düzənlənən IV Bakı Beynəlxalq Humanitar Forumu ərəfəsində Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidməti tərəfindən təşkil edilib. Dəyirmi masanın iştirakçıları AMEA-nın həqiqi üzvü, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Paraiba Dövlət Universitetinin professor (Braziliya) Sudha Svarnakar, Romualdo Del Bianko Fondunun prezidenti (İtaliya), memar Paolo Del Bianko, Ural Federal Universitetinin İctimai və Siyasi Elmlər İnstitutunun Avropa tədqiqatlatrı kafedrasının müdiri, professor Aleksandr Nesterov, Ostvald fon-Volkenştayn- Qezelşaft Fondunun Prezidenti (Almaniya), professor Ziqlinde Hartman, beynəlxalq münasibətlər üzrə ekspert (İsrail) Arye Qut, politoloq və naşir (İtaliya) Sandro Tetti, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov olub. Kitabçada virtual dəyirmi masa iştirakçılarının mövzu ətrafında apardıqları geniş fikir mübadiləsi öz əksini tapıb.
Kitabçada AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadənin və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru professor Əlikram Abdullayevin rəyləri yer alıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədov deyib ki, kitabça ”Azərbaycan multikulturalizmi” fənninin tədrisində dərs vəsaiti kimi istifadə edilə bilər.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info