Növbəti “Kütləvi çıxarış” kampaniyası Beyləqanda keçirilib
Tarix: 07.04.2015 | Saat: 19:29:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsi ötən ildən start verdiyi və hər ay ardıcıl davam etdirdiyi “Kütləvi çıxarış” kampaniyasını yeni formatda növbəti dəfə Beyləqan rayonunda həyata keçirib. Kampaniya çərçivəsində daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər uzaq kənd və qəsəbələrdə, eləcə də respublikanın ucqarlarında rahat və çevik şəkildə əhaliyə çatdırılır. Kampaniya çərçivəsində budəfəki yenilik artıq fiziki məhdudiyyətli vətəndaşların kampaniyadan birbaşa öz evlərində faydalana bilməsidir. Belə ki, dövlət reyestrindən çıxarışlar belə vətəndaşlara birbaşa onların mənzillərində təqdim olunub və əvvəlki illərdə verilmiş qeydiyyat sənədləri də qəbul edilib.
Qeyd edək ki, bu kampaniya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mobil ofis xidmətləri vasitəsilə həyata keçirilir. Komitənin zəruri müasir avadanlıqlarla təchiz edilmiş xüsusi nəqliyyat vasitələrində vətəndaşlara qeydiyyat xidmətləri yerlərdə göstərilir. Mobil ofis xidmətləri bütün respublika üzrə müxtəlif rayonlarda paralel olaraq həyata keçirilir.
Kampaniyanın yeni formatı yerlərdə mobil ofislər vasitəsilə hazır çıxarışların təqdim olunması ilə yanaşı, vətəndaşların əvvəllər əldə etdiyi mülkiyyətə dair sənədlərinin də qəbulunu nəzərdə tutur. Kampaniya yeni formatda artıq fevral ayında Zaqatala və ətraf rayonlarda keçirilib. Bütün bu yeniliklərin məqsədi xidmətlərdə əlçatanlığı təmin etmək və vətəndaş məmnunluğuna nail olmaqdır.
Bu dəfə Beyləqan rayonunda kampaniya çərçivəsində 200-ə yaxın vətəndaşa torpaq sahələri və fərdi evlərə dair dövlət reyestrindən çıxarışlar təqdim olunub. Eyni zamanda, 100-ə yaxın vətəndaşdan əvvəlki illərdə verilmiş aktlar, şəhadətnamələr, qeydiyyat vəsiqələri və digər mülkiyyət hüququnu təsdiq edən sənədlər də çıxarışla əvəz olunması məqsədilə qəbul edilib.
Qeyd edək ki, indiyədək kampaniya Saatlı, Şəmkir, Abşeron, Cəlilabad, Qəbələ, Şəki, Göygöl, Masallı və Zaqatalada həyata keçirilib. Kampaniyadan bu günədək ümumilikdə 3000-ə yaxın vətəndaş faydalana bilib. Kampaniya respublikanın bütün şəhər və rayonları üzrə qarşıdakı dövrdə də davam etdiriləcəkdir.
Xatırladaq ki, bu kampaniya Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2014-cü il tarixli Fərmanına uyğun olaraq həyata keçirilir. Belə ki, Fərmana əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minən tarixədək vətəndaşlara verilmiş aktlar, şəhadətnamələr, qeydiyyat vəsiqələri və digər hüquq təsdiq edən sənədlər kütləvi qaydada dövlət reyestrindən çıxarışlarla əvəz edilir.
Kampaniyadan əlavə, mobil ofis xidmətləri çərçivəsində vətəndaşlara digər qeydiyyat xidmətləri də göstərilir. Belə xidmətlər fərdi həyət evi, mənzillər, bağ evlərinin, torpaq sahələrinin, qeyri-yaşayış obyektlərinin ilkin və təkrar qeydiyyatı, daşınmaz əmlaka dair plan-sxemin, texniki pasportların tərtibi, daşınmaz əmlakın yüklülüyünə dair arayışların verilməsi ilə bağlıdır. Mobil ofislərdə xidmətlər zamanı vətəndaşın təqdim etdiyi sənədlər yerindəcə yoxlanılır, qəbul edilir. Komitənin rəsmi internet səhifəsində (vətəndaşlar üçün bölməsində) mobil ofis xidmətinin marşrutu (gediləcək şəhər və rayonlar) ilə bağlı aylıq qrafik yerləşdirilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 148 saylı qaynar xəttinə (daxili 5) zəng vurmaqla mobil ofis xidmətlərindən faydalanmaq mümkündür.
Son illər Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaşların rahatlığını və məmnunluğunu təmin edən əhəmiyyətli tədbirlər həyata keçirilib. Elektron, onlayn və SMS xidmətlərin tətbiqi ilə bu sahədə şəffaflığın səviyyəsi, xidmətlərdə əlverişlilik və operativlik daha da yüksəlib. 2014-cü ildə komitə 14 yeni elektron xidmət, 2 onlayn xidmət və bu il isə 3 SMS xidmət istifadəyə verib. Bütün bu fəaliyyət, eləcə də komitənin sosial tədbirləri və hüquqi maarifləndirmə aksiyaları əhalinin qeydiyyata olan marağını artırıb. Vətəndaşlar zaman keçdikcə qeydiyyatın sosial-iqtisadi faydalarını mənimsəyir, qeydiyyata alınmış daşınmaz əmlakın etibarlılığını və hüquqi təhlükəsizliyini daha dərindən anlayırlar. Həyata keçirilən fəaliyyət nəticəsində ötən il Azərbaycanda daşınmaz əmlakla əməliyyatların həcmi öz tarixində ən yüksək həddə çatıb və rekord göstəricilər qeydə alınıb.
Belə ki, daşınmaz əmlakın qeydiyyatı sayı ötən il rekord həddə çataraq 205,2 min olub. Bu say isə 2013-cü ilə nisbətən 15,9% artıqdır. Son 5 ildə ölkədə qeydiyyatı aparılan əmlakların sayı 2,3 dəfə artaraq 2009-cu ildəki 89 mindən 2014-cü ildə 205,2 minə yüksəlib. 2014-cü ildə 58 min əmlak ilkin qeydiyyatdan keçərək sənədləşdirilib. İlkin qeydiyyatda bu indiyədək müşahidə olunan ən yüksək göstəricidir.
Fuad




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info