“ArmenianReport”: “Ermənilər pis gündə olduqlarına görə ümidlərini Qardaşyana dikiblər”
Tarix: 07.04.2015 | Saat: 22:28:00 | E-mail | Çapa göndər


“Gümrülülər çıxış yolunu ölkəni tərk etməkdə görürlər”

“ArmenianReport” yazır ki, erməni mediasında Qarabağ problemindən sonra ikinci ən çox müzakirə edilən məsələ erməni porno “ulduzu” Kim Qardaşyanın tarixi vətəninə səfəridir: “Məlum olduğu kimi, Kim öz Xloe və Kortni adlı bacıları və çoxsaylı çəkiliş qrupu ilə bu həftə ərzində Ermənistanda olacaq və “Keeping up with Kardashians” adlı realiti-şounun çəkilişini aparacaq. Hər kəsdən çox ikinci böyük şəhər Gümrüdə onların yolunu gözləyirlər. Gümrülülər niyə bu qədər Qardaşyan ailəsi ilə maraqlanırlar? Az öncə Ermənistan milli arxivinin direktoru Amatuni Virabyan Gümrüdən olan Qardaşyan ailəsinin əcdadları barədə bildirib: “Qardaşyan nəslinin iki budağı var. Bir hissəsi Qarsda, Qaraqala kəndində yaşayıb. Biz orda onların izini tapmışıq. Onlar protestant olublar, xalq arasında onları “erməni molokanları” adlandırıblar.
Digər budaq isə Ərzurumda yaşayıb. Qaraqalada yaşayan budaq “genosiddən” öncə Amerikaya gediblər. “Qırğından” qurtulan digər budaq isə Aleksandropolda, indiki Gümrüdə sığınacaq tapıblar. Gümrüdə məşhur Qardaşyanların uzaq qohumu olan Qardaşyanlar var. Kimin nümayəndələri gəlib mənimlə görüşüblər. Onlara Qardaşyanların mənşəyi barədə sənədlər göstərməliyəm və onların nəsil budağı haqqında məlumat verməliyəm”.

“Bütün bu dözülməzliklərə görə əhali indi də ümidini Qardaşyana dikib. Onlar ümid edirlər ki, Qardaşyan heç olmasa, problemlərinin bir qismini həll etməyə yardımçı olar. Bu, çox alçaldıcıdır, amma faktdır və buna qarşı heç nə edə bilməzsən. Belə bir hal yalnız köçəryanlar, sərkisyanlar və qukasyanların yaman günə qoyduğu ölkədə mümkündür ki, Kim Qardaşyana həyatın yaxşılaşdırılması üçün ümid təcəssümü kimi baxılsın”

Gözlənilir ki, Kim səfər çərçivəsində özünün Gümrüdəki uzaq qohumları ilə görüşəcək. Məhz bunu Gümrüdə çox gözləyirlər. Qeyd edilir ki, onları tamamilə başqa şey maraqlandırır: “Onlar ümid edirlər ki, hansısa dərəcədə hakimiyyət bundan sonra şəhərə diqqət yönəldəcək. Həmçinin Kim öz imkanlarının müəyyən qismini Gümrünün sosial-iqtisadi ehtiyaclarına qurban verəcək. Yaxud da o, Gümrünün problemlərini Ermənistan hakimiyyəti qarşısında qaldıracaq”.
Daha sonra qeyd edilir ki, Gümrü, Köçəryan və Sərkisyan zamanında həmişə ikinci və üçüncü dərəcəli şəhər heesab edilib, diqqətdən kənarda qalıb. Bununla bağlı çoxlu faktlar çəkilir və Gümrünün taleyinin Sərkisyan komandasının heç vecinə də olmadığı bildirilir.
Bildirilir ki, Gümrünün ev təminatı, sosial-iqtisadi məsələlərlə bağlı ciddi problemləri var. İşsizlik və yoxsulluq, daim artan cinayətkarlıq halları şəhərin ən əsas problemləridir: “Amma bu problemləri hakimiyyət həll etmir. Öz ağır sosial-iqtisadi vəziyyətindən narazı gümrülülərin sayı hər gün artır. Çıxış yolu varmı? Var! Gümrülülər çıxış yolunu ölkəni tərk etməkdə görürlər. Biz artıq buna göz yuma bilmərik. Bütün bu dözülməzliklərə görə əhali indi də ümidini Qardaşyana dikib. Onlar ümid edirlər ki, Qardaşyan heç olmasa, problemlərinin bir qismini həll etməyə yardımçı olar. Bu, çox alçaldıcıdır, amma faktdır və buna qarşı heç nə edə bilməzsən. Belə bir hal yalnız köçəryanlar, sərkisyanlar və qukasyanların yaman günə qoyduğu ölkədə mümkündür ki, Kim Qardaşyana həyatın yaxşılaşdırılması üçün ümid təcəssümü kimi baxılsın”.
İlkin AĞAYEV






 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Ermənistan nümayəndəsinin KTMT-nin baş katibi seçilməməsi Paşinyana ciddi zərbə olacaq”
21.11.2018
Çavuşoğlu S-400-lə bağlı məsələyə son qoydu: “Anlaşmanın ləğv edilməsi mümkün deyil”
21.11.2018
RecExpo 2018-də Monteneqronu kəşf et: 2019-da açılacaq ruhlandırıcı dənizkənarı kurort Portonovi
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info