İtaliya mətbuatında Avropa Oyunları ilə bağlı məqalə
Tarix: 08.04.2015 | Saat: 16:06:00 | E-mail | Çapa göndər


İtaliyanın “Avvenire” qəzetinin saytında ilk dəfə cari ildə Azərbaycanda keçiriləcək Avropa Oyunları ilə bağlı məqalə yerləşdirilib.
Yazıda qeyd olunur ki, Xəzərin sahilində yerləşən, küləklər şəhəri adlandırılan Bakıda Avropa Oyunlarına hazırlıq sürətlə davam edir. Digər qitələrin bu formatda yarışları artıq keçirilməkdədir. Avropanın idman tarixində ilk dəfə belə bir hadisənin yaşanması yarışların aktuallığını daha da artırır.
Məqalədə qeyd edilir ki, Avropa Oyunlarına hazırlıq prosesi çərçivəsində Bakıda bir sıra yeni idman obyektləri inşa olunub. Onlardan biri də Su İdmanı Sarayıdır. Burada istənilən beynəlxalq səviyyəli yarışların təşkili üçün hər cür şərait yaradılıb. Yazıda, “Bakı-2015” ərəfəsində tikilmiş Bakı Olimpiya Stadionu və Atletlər kəndi, yarışı işıqlandıracaq xarici və yerli jurnalistlər üçün yaradılmış şəraitdən də bəhs olunur.
Məqalədə oxucuların diqqətinə çatdırılır ki, mötəbər idman tədbirlərinin keçirilməsi üçün önəmli şəhər sayılan Bakının inkişafına dövlət böyük diqqət göstərir. Belə ki, Azərbaycan “Bakı-2015” ilk Avropa Oyunları ilə yanaşı, 2016-cı ildə Şahmat Olimpiadası, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, futbol üzrə “Avro-2020”nin final mərhələsinin matçları kimi mötəbər idman tədbirlərinə ev sahibliyi etməyə hazırlaşır.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info