Vaşinqton işıqsız qalıb
Tarix: 08.04.2015 | Saat: 16:21:00 | E-mail | Çapa göndər


ABŞ-ın paytaxtı Vaşinqtonda Ağ Ev, Kapitoliya, Dövlət Departamenti və Ədliyyə Nazirliyi də daxil olmaqla bir sıra önəmli binalar qəza nəticəsində işıqsız qalıb. Elektrik enerjisinin kəsilməsi nəticəsində Dövlət Departamentinin gündəlik brifinqi təxirə salınıb. Kapitoliya ehtiyat enerji təminatına keçib. Bəzi binalarda işıq problemi qısamüddətli olub və bir neçə dəqiqədən sonra bərpa edilib.
Rusiya mətbuatının yaydığı məlumata görə, Ağ Evdə də enerji fasiləsi qısa olub. Vaşinqtonda bəzi metro stansiyaları ehtiyat enerjisi ilə işləyib.
Qəzanın səbəbləri hələlik məlum deyil. Rəsmilər ilk açıqlamada bildiriblər ki, hadisənin terror aktı olmasına heç bir əsas yoxdur. Sonradan isə məlumat verilib ki, problemə Vaşinqtona yaxın ərazidə yerləşən Marylandda baş verən partlayış səbəb olub.
Paytaxt ərazisini elektrik enerjisi ilə təmin edən “Pepco” şirkətinin fasilənin aradan qaldırılması üçün çalışdığı və hazırda bölgədə 2 min 400 binanın işıq problemi ilə üzləşdiyi bildirilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info