Əziz Şərifin anadan olmasının 120 illik yubileyinə həsr olunmuş elmi konfrans
Tarix: 08.04.2015 | Saat: 18:29:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında görkəmli ədəbiyyatşünas alim Əziz Şərifin anadan olmasının 120 illiyinə həsr olunmuş “Böyük ədəbiyyatşünaslıq missiyası və müasirlik” mövzusunda elmi konfrans keçirilib. AMEA-nın vitse-prezidentinin köməkçisi Ağahüseyn Şükürovun verdiyi məlumata görə, AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli konfransı giriş sözü ilə açaraq görkəmli alimin şərəfli həyat yolu və Azərbaycan ədəbiyyatşünaslıq elmində tutduğu böyük mövqeyi, şəxsi münasibətləri haqqında geniş və əhatəli məlumat verib. Akademik İsa Həbibbəyli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun böyük maarifçi alim Əziz Şərifin anadan olmasının 120 illik yubileyi ilə bağlı imzaladığı 26 yanvar 2015-ci il tarixli sərəncamı üzrə muxtar respublikada bir sıra tədbirlərin keçirildiyini, atası tanınmış maarifçi ziyalı Qurbanəli Şərifzadənin də daxil olduğu məzarlıqda memarlıq kompleksinin yaradıldığını, “Naxçıvan” jurnalının xüsusi sayının nəşr edildiyini diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli bildirib ki, professor Əziz Şərifin həyatının və elmi fəaliyyətinin böyük bir hissəsinin Rusiyada keçməsinə baxmayaraq, Azərbaycana çox bağlı bir ziyalı idi və XX əsr Azərbaycan ədəbi mühitinin, ictimai fikir tarixinin dərin bilicisi və iştirakçısı və böyük tədqiqatçısı kimi Əziz Şərifin mühüm xidmətləri olmuşdur. Əziz Şərif Azərbaycan mollanəsrəddinşünaslığının əsas yaradıcılarındandır. İsa Həbibbəyli deyib: “Əziz Şərif M.F.Axundovun, C.Məmmədquluzadənin, Ə.Haqverdiyevin, C.Cabbarlının əsərlərinin rus dilinə etdiyi mükəmməl tərcümələri ilə Azərbaycan ədəbiyyatının dünya miqyasında tanınması istiqamətində çox əhəmiyyətli bir səhifə açmışdır. Yüksək mənəvi keyfiyyətləri ilə də ideal şəxsiyyət olan Əziz Şərif böyük alimlik və yüksək vətəndaşlıq missiyasını şərəflə yerinə yetirib”.
Sonra Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Məmməd Əliyev, Azərbaycan Müəllimlər İnstitutunun prorektoru, filologiya üzrə fəlsəfə doktoru Razim Məmmədov, filologiya üzrə elmlər doktoru, professor Fəridə Vəlixanova, Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurov Əziz Şərifin zəngin həyatı və yaradıcılıq yolu, pedaqoji fəaliyyəti, şəxsi münasibətləri haqqında geniş söhbət açıblar. Çıxışlarda görkəmli alimin ədəbiyyatşünaslığın müxtəlif istiqamətləri üzrəelmi yaradıcılığı, rus dilindən Azərbaycan dilinə, eləcə də Azərbaycan dilindən rus dilinə etdiyi bədii tərcümələri, cəfakeş pedaqoji və ictimai fəaliyyəti, qayğıkeş ziyalı obrazı haqqında dəyərli fikirlər söylənilib. Filologiya üzrə fəlsəfə doktoru Razim Məmmədov bildirib ki, o, hal-hazırda Əziz Şərif in yaradıcılığı haqqında doktorluq dissertasiyası üzərində çalışır. Maraqlı məqamlardan biri də, uzun illər öncə gənclik illərində İsa Həbibbəylinin Əziz Şərifə göndərdiyi məktubun əslinin Razim Məmmədov tərəfindən tapılaraq konfrans iştirakçılarına oxunması olub.
Tədbirin sonunda “Avropa nəşri mətbu evi”nin nümayəndəsi Sahilə Mirzəqızı Azərbaycan ədəbiyyatşünaslığının inkişafında göstərdiyi fəaliyyətinə görə professor Fəridə Vəlixanovaya medal və diplom təqdim edib.
Tədbir boyu böyük alim Əziz Şərifin həyat və yaradıcılığını əks etdirən foto-slayd nümayiş olunub. Konfransda AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları və kütləvi informasiya qurumlarının nümayəndələri iştirak ediblər.
Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info