“Neft Azərbaycanın milli sərvəti olduğu kimi tolerantlıq da ölkəmizin milli sərvətidir”
Tarix: 08.04.2015 | Saat: 18:32:00 | E-mail | Çapa göndər


“Azərbaycanda mövcud olan tolerantlıq bəlkə də dünyanın heç bir ölkəsində yoxdur. Bu Azərbaycan xalqının özündən irəli gəlir. Yəhudilər Azərbaycanda tarixən yaşayıblar və heç bir zaman antisemitizmə və yaxud da hər hansısa bir haqsızlığa məruz qalmayıblar”. Bu sözləri Amerika Yəhudiləri Yardım Təşkilatının(Vaad L Hatzolas Nidchei Yisroel) mətbuat xidmətinin katibi Murad Salmanov deyib.
Onun sözlərinə görə, bütün tarixi dövrlərdə Azərbaycanda yaşayan etnik xalqlar hər zaman sülh içərisində yaşayıblar: “Hazırkı dövrdə Azərbaycan siyasətinin önəmli sahələrindən biri multikulturalizmlə bağlıdır. Bu siyasətin əsası ümummili lider Heydər Əliyev tərəfindən qoyulub və hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Mənim fikrimcə, neft Azərbaycanın milli sərvəti olduğu kimi tolerantlıq da ölkəmizin milli sərvətidir. Çünki hazırkı şəraitdə bir çox qərb ölkələrinə antisemitizm olduğu halda Azərbaycanda yəhudilər sülh içərisində yaşayırlar. Bu danılmaz faktdır və bu faktı Azərbaycanda yaşayan yəhudilər heç bir zaman unutmur. Xarici bir ölkəyə gedən yəhudilər də getdiyi ölkədə bu faktları xüsusilə vurğulayırlar”.
Daha sonra Murad Salmanov Azərbaycan ilə İsrail arasında olan dostluq münasibətlərinə də öz fikrini bildirib. Onun sözlərinə görə, Azərbaycan – İsrail münasibətlərinin əsasını Azərbaycan-Yəhudi qardaşlığının təməli təşkil edir: “Çünki Azərbaycanda tarix boyu yəhudilərə qarşı çox yaxşı münasibət olub. Bu gün beynəlxalq aləmdə İsraillə Azərbaycanın bir-birinə ehtiyacı var. Çünki Azərbaycanın yerləşdiyi geostrateji məkan bu iki ölkənin yaxından münasibət qurmasının əsasını təşkil edir. Bundan başqa Azərbaycanın məruz qaldığı haqsızlıqlar və bu haqsızlıqların dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına yəhudi lobbisinin iştirakı bu münasibətlərin inkişafına daha da böyük təkan verir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info