“Gəncə Avropa Gənclər Paytaxtı-2016”nın Gürcüstanda təqdimatı olacaq
Tarix: 08.04.2015 | Saat: 18:43:00 | E-mail | Çapa göndər


Azərbaycanın "Odlar Yurdu" Gənclər İctimai Birliyi, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) Gənclər şöbəsi arasında əməkdaşlıq memorandumu imzalanacaq. Əməkdaşlığın qurulmasında əsas məqsəd Azərbaycanı və həqiqətlərini müxtəlif ölkələrdə fəal gənclərə çatdırmaq və həmin ölkədə yaşayan azərbaycanlı gənclərlə Azərbaycan gəncləri arasında əməkdaşlıq münasibətlərinin inkişafıdır. Gürcü və azərbaycanlı gənclər arasında dostluq körpüsünün yaradılmasına dair müxtəlif tədbirlərin, layihələrin həyata keçirilməsi əsas prioritetlərdəndir.
Belə ki, 11 aprel 2015 tarixində Tibilisi şəhərinə hər iki təşkilatın Gürcüstanda yaşayan azərbaycanlı və gürcü gəncləri, QHT-ləri ilə görüşü baş tutacaq. “Odlar Yurdu” İctimai Birliyinin nümayəndələri və fəal gənclərdən ibarət qrup Tibilisiyə səfər edərək müxtəlif tədbirlərdə iştirak edəcək, Gürcüstanla yaxından tanış olacaqlar.
Görüşdə Gəncə Avropa Gənclər Paytaxtı-2016 haqqında da təqdimat nümayiş olunacaq, gənclərlə gələcək əməkdaşlıq haqqında müzakirələr aparılacaq.
Tədbirə qatılmaq istəyən gənclər 11 aprel tarixində saat 12:00-da M.F.Axundov adına Mədəniyyət Muzeyinə gələ bilər.
Fuad




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Qırğızıstanda türk dövlətlərinin etnofestivalı keçirilib
20.04.2019
Azərbaycan startap-ekosistem reytinqində mövqeyini yaxşılaşdırıb
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info