“Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ciddi hazırlaşır”
Tarix: 08.04.2015 | Saat: 18:56:00 | E-mail | Çapa göndər


"Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ciddi hazırlaşır və bu yarışların yüksək səviyyədə təşkil olunması üçün bütün imkanlarımızdan istifadə edəcəyik". Bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bu gün İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) prezidenti, Səudiyyə Ərəbistanının gənclər və idman naziri, Səudiyyə Ərəbistanının Olimpiya Komitəsinin prezidenti Əlahəzrət Şahzadə Abdullah Bin Mosaad Bin Abdulaziz Al Saud ilə görüşdə deyib.
Görüşdə həmçinin iki ölkə arasında gənclər və idman sahələrindəki əməkdaşlığın perspektivləri müzakirə olunub.
Nazirliyin fəaliyyəti haqqında qonağa məlumat verən A.Rəhimov rəhbərlik etdiyi qurum tərəfindən gənclərin layihələrinə qrantların ayrıldığını diqqətə çatdırıb.
Qonaq Azərbaycanda idmana göstərilən dövlət qayğısını yüksək qiymətləndirib, ölkəmizdə yaradılan idman infrastrukturunun dünya standartlarına cavab verdiyini xatırladıb və 2017-ci ildə Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunları zamanı dünyanın diqqətinin məhz respublikamıza yönələcəyini vurğulayıb.
Sonra iki tərəfli münasibətlər istiqamətində fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info