Mədəniyyət və turizm naziri media nümayəndələri ilə görüşüb
Tarix: 08.04.2015 | Saat: 19:04:00 | E-mail | Çapa göndər


Azərbaycan Xalça Muzeyində Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin respublikamızda fəaliyyət göstərən informasiya agentlikləri və nüfuzlu jurnalist təşkilatlarının rəhbərləri, qəzet redaktorları ilə görüşü keçirilib. Tədbirdə nazirlikdə aparılan islahatlar, mətbuat orqanları ilə əməkdaşlığın genişləndirilməsi yolları, Üçüncü Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq, forumun mediada işıqlandırılması ilə bağlı prioritet tövsiyələr, birinci Avropa Oyunları ilə əlaqədar nazirliyin vəzifələri, turizm müəssisələrində hazırlığın səviyyəsi kimi mühüm məsələlər müzakirə olunub.
Görüşdə nazir Ə.Qarayev son illər rəhbərlik etdiyi qurum tərəfindən həyata keçirilən işlərdən, mədəniyyətimizin inkişafı, təbliği istiqamətində reallaşdırılan layihələrdən danışıb. Bildirilib ki, son aylarda nazirliyin daxilində aparılan struktur dəyişikliklər işin daha səmərəli qurulmasına, yeni dövrün tələblərinə cavab verən layihələrin reallaşmasına xidmət edir.
MŞ-nin sədri Əflatun Amaşov belə görüşlərin keçirilməsinin böyük əhəmiyyət daşıdığını söyləyib. Onun sözlərinə görə, bu görüşlər media təmsilçilərinə rəhbər qurumların nümayəndələri ilə hər hansı problemin, mövzunun müzakirəsinə və həllinə müsbət təkan verir. İlin sonunadək bir sıra dövlət qurumlarının rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.
Müasir Azərbaycan mətbuatının inkişafından söz açan Ə.Amaşov bu sahədəki problemlərə də toxunub.
Sonra Ə.Qarayev görüşdə nəzərdə tutulan mövzularla bağlı geniş məlumat verib, hazırlıq işlərindən, medianın bu prosesdəki rolundan və digər məsələlərdən danışıb.
Tədbir müzakirələrlə davam etdirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info