Kamerun Azərbaycanın gömrük xidməti sahəsindəki təcrübəsini öyrənmək niyyətindədir
Tarix: 08.04.2015 | Saat: 19:33:00 | E-mail | Çapa göndər


Dövlət Gömrük Komitəsində (DGK) ölkəmizdə səfərdə olan Kamerun Gömrük İdarəsinin baş direktoru xanım Li Likenq Minette Mendomo Avumvele Libomun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə komitə sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Azərbaycan ilə Kamerun arasındakı həm iqtisadi, həm də siyasi əlaqələrdən söhbət açıb. O, ölkələrimiz arasında gömrük sahəsində də qarşılıqlı əməkdaşlığın qurulmasının vacibliyini bildirib və kamerunlu həmkarının Azərbaycana səfərinin ikitərəfli münasibətlərin davamlı inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib.
Gömrük xidmətinin tarixinə, keçdiyi inkişaf yoluna diqqəti çəkən komitə sədri istər büdcə gəlirlərinin formalaşmasında, istərsə də iqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük orqanlarının rolundan söhbət açıb, informasiya texnologiyalarının tətbiqi, qanunvericilik və maddi texniki bazanın möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.
Azərbaycanın gömrük sisteminin beynəlxalq təşkilatlarla, xüsusilə Dünya Gömrük Təşkilatı (DGT) ilə qarşılıqlı əlaqələrinə də toxunan DGK sədri əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib, artıq DGT-nin bir sıra beynəlxalq tədbirlərinə Azərbaycanın ev sahibliyi etdiyini, cari ilin sentyabrında 10-cu Beynəlxalq PICARD konfransının da Bakıda keçiriləcəyini deyib.
Xanım Li Likenq Minette Mendomo Avumvele Libom Kamerun ilə Azərbaycan arasında siyasi-iqtisadi əlaqələrin inkişaf etdiyini və bu əlaqələrin daha da genişlənməsi üçün böyük potensialın mövcudluğunu vurğulayıb. Qonaq həmçinin qeyd edib ki, Kamerun Azərbaycanın gömrük xidməti sahəsindəki təcrübəsini öyrənmək və mənimsəmək niyyətindədir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonra Kamerun nümayəndə heyəti Dövlət Gömrük Komitəsində “Hədəf” Mərkəzinin fəaliyyəti ilə tanış olub. Bildirilib ki, bu layihə BMT İnkişaf Proqramı tərəfindən Azərbaycan Gömrük Xidmətinin təkmilləşdirilməsi üçün yaradılıb. Mərkəzin məqsədi - ölkənin gömrük-buraxılış məntəqələrində, eləcə də daxili gömrük orqanlarında, hava limanında və dəmir yolunda həyata keçirilən gömrük prosedurlarını vahid mərkəzdən müşahidə etməkdir.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Məşğulluq Strategiyası insan kapitalının inkişafında, məşğulluğun təminatında mühüm addımların atılmasına imkan yaradacaq
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info