Daha bir qaradərili amerikalı polis tərəfindən öldürülüb
Tarix: 08.04.2015 | Saat: 19:34:00 | E-mail | Çapa göndər


ABŞ-da polis zorakılıqları ilə bağlı qalmaqallar ilbəil artır. Təsadüfi deyil ki, ötən il polisin qaradərili gənci güllələməsindən sonra bu geniş etiraz dalğasına səbəb olmuşdu. Bu dəfə də hədəf qaradərli vətəndaş olub. Belə ki, Cənubi Karolina ştatının səlahiyyətli şəxsləri tərəfindən 50 yaşlı qaradərili vətəndaşın ölümünə görə ağdərili zabit Maykl Slayger aprel ayının 7-də saxlanılaraq ittiham edilib, Bu barədə “Reuters” xəbər yayıb.
Polis əməkdaşı tabel silahından atəş açaraq qaçan Uolter Skotun kürəyinə səkkiz güllə atıb.
Məhkəmədə həvəskar tərəfindən çəkilən video göstərilib. Amma onun müəllifinin adı çəkilməyib, onun lazım olduğu vaxt gələcəyi deyilib. Hüquqşünaslar qeyd ediblər ki, zabitin ittihamının əsası məhz bu videodur.
Videodan görünür ki, polis Skotun maşınını arxa farası sınıq olduğu üçün saxlayır. Sürücü və polis arasında söz davası qısa əlbəyaxa davaya keçir, bundan sonra qaradərili qaçmağa cəhd edir. Slayger onun kürəyini nişan alır və Skott yıxılır.
Polis hesabatında Slayger, Skottun ona qarşı elektroşok tapançasının tətbiq etdiyini bildirib, videoda bu görünmür. Amma zabitin üzü üstə uzanan zərərçəkənə yaxınlaşıb ona qollarına qandal vurması aşkar görünür. Sonra isə bir qədər geri çəkilərək yerdən nə isə götürüb Skottun cəsədinin yanına qoyur.
Video əsasında həlak olanın ailəsi zabitə ittiham irəli sürmək niyyətindədir. ABŞ Ədliyyə Nazirliyi və FİB cinayətin istintaqına başlayıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info