“Gəncə-2016: Gələcəyə baxış” mövzusunda forum işə başlayıb
Tarix: 08.04.2015 | Saat: 20:46:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı, Prezident yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə aprelin 8-də Bakıda, Gənclər Evində “Gəncə-2016: Gələcəyə baxış” mövzusunda forum işə başlayıb.
Layihənin məqsədi Avropa gənclər paytaxtları seçilmiş ölkələrin təcrübəsinin öyrənilməsindən, “Gəncə-2016 - Avropa Gənclər Paytaxtı” çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər üzrə fəaliyyət planının təqdim edilməsindən, yerli və xarici gənclər təşkilatları arasında beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafından ibarətdir.
Forumda Avropa Gənclər Forumunun nümayəndələri, Belçika, Portuqaliya, Sloveniya, Yunanıstan, Rumıniya, Bolqarıstan və Gürcüstanın gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.
ARGTMŞ-in baş katibi Seymur Hüseynov, ictimaiyyətlə əlaqədar departamentinin rəhbəri Pərvin Piriyev və Moldova Gənclər Milli Şurasının prezidenti, eyni zamanda, Avropa Gənclər Forumunun idarə heyətinin üzvü Doru Kroşu çıxış edərək Gəncənin 2016-cı il üçün Avropa gənclər paytaxtı olması ilə əlaqədar görüləcək işlərdən danışıb, bu sahədə xarici təcrübənin öyrənilməsinin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, layihə çərçivəsində müxtəlif mövzulara dair sessiyalar keçiriləcək, “Gəncə 2016 - Avropa Gənclər Paytaxtı” ilə bağlı həyata keçirilən və görüləcək işlər müzakirə olunacaq.
Sonra təcrübə mübadiləsi aparılıb, müxtəlif mövzularda sessiyalar keçirilib, Avropa gənclər paytaxtlarının nümayəndələrinin tövsiyə və təklifləri dinlənilib.
Tədbirdə “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı təqdimat da keçirilib.
Forum çərçivəsində ARGTMŞ-in üzvü olan gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə plenar iclaslar və işçi qruplar təşkil olunacaq.
Tədbir işini aprelin 9-da 2016-cı il üçün Avropa gənclər paytaxtı seçilən Gəncədə davam etdirəcək.
Avropa gənclər paytaxtı titulu Avropanın ən böyük gənclər platforması olan Avropa Gənclər Forumu tərəfindən təsis olunub. Titulun təsis olunduğu 2009-cu ildən bəri hər il bir şəhər Avropa gənclər paytaxtı seçilir. Həmin şəhər bir il ərzində qitə miqyaslı bir çox beynəlxalq tədbirə ev sahibliyi edir. Bu günədək Rotterdam, Turin, Antverpen, Praqa, Maribor, Saloniki və Kluj-Napoka şəhərləri Avropa gənclər paytaxtı seçilib.
Gəncə 2014-cü ildə Yunanıstanın Saloniki şəhərində keçirilən təntənəli tədbirdə 2016-cı il üçün Avropa gənclər paytaxtı seçilib. Bu, Gəncənin bir çox mühüm tədbirə ev sahibliyi etməsinə və Azərbaycanın Avropa gənclərinin diqqət mərkəzində olmasına imkan yaradacaq.

Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb
14.11.2018
Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info