“The Guardian”: “ABŞ dənizlərdəki hərbiləşməyə görə Çini xəbərdar etdi”
Tarix: 08.04.2015 | Saat: 21:10:00 | E-mail | Çapa göndər


ABŞ müdafiə katibi: “Çin Cənubi Çin dənizində qumdan “Böyük Çin Səddi” düzəldir”

ABŞ müdafiə katibi Ash Karter Çərşənbə günü özünün birinci Asiya turunu Çinin Şərqi və Cənubi Çin dənizlərində bir neçə xalqa münasibətdə qeyri-bərabər üstünlüyə malik olduğu regionda hərbiləşməyə qarşı kəskin xəbərdarlıqla başlayıb. O, bu barədə Çini xəbərdaredici mövqe ilə çıxış edib. Bu barədə “The Guardian” yazır. Karterin Yaponiyaya səfəri Çinin, mübahisəli Cənubi Çin dənizindəki Spratli arxipelaqında torpaqların meliorasiyasına ABŞ-ın diqqət ayırması ilə üst-üstə düşüb. Çin bu arxipelaq üstündə Filippin və Vyetnam da daxil olmaqla, bir neçə region ölkəsi ilə rəqabət aparır. Bundan başqa, Tokio və Pekinin Yaponiyanın nəzarətində olan Şərqi Çin dənizindəki adacıqlara görə ayrıca mübahisəsi var.
ABŞ və Filippin hərbi bölmələri bu ay Spratli yaxınlığında illik hərbi təlim keçəcəklər. Bu hərbi təlim 2000-ci ildən başlanan birgə hərbi təlimlərdən ən böyüyü olacaq. ABŞ-Filippin birgə hərbi təlimlərinin Çinin fəaliyyətlərinə cavab olub-olmamasına münasibət bildirən Karter deyib ki, Vaşinqton və Manila regiondakı maraqlarını bölüşürlər. Buraya status kvonun zor gücü ilə dəyişilməməsi və mübahisələrə görə hərbiləşmənin baş verməməsi arzusu da daxildir. Karter deyib ki, “biz mübahisələrin hərbiləşdirilməsinə qarşı sərt mövqe tutmuşuq”. O, bunu özünün yapon həmkarı, Yaponiya müdafiə naziri Gen Nakatani ilə görüşdən sonra keçirilən yeni konfransda bildirib.
Qeyd edilir ki, Çin Spratli arxipelaqındakı 6 rif adasında iş aparır. Bu barədə məlumat Filippin rəsmilərinin peyklə fotolar çəkdirməsindən sonra əldə olunub. Bundan başqa Manila bildirib ki, Çin yerqazan maşınları yeddinci rif adasında iş aparmağa başlayıblar.
ABŞ hərbi hegemonluğunun təsiri altına düşməyən yeni adalarda, Çin fəhlələri orada limanlar, yanacaq anbarları, iki hava enmə zolağı tikməkdədirlər. Ekspertlər qeyd edirlər ki, bu tikintilər Çinə Cənub-Şərqi Asiyanın dənizkənarı ürəyinin dərinliklərini layihələndirməyə imkan yaradacaq. ABŞ Sakit Okean donanmasının komandiri Harri Harris Avstraliya beyin mərkəzinə bildirib ki, Çin yerqazan maşın və buldozerlərdən istifadə etməklə Cənubi Çin dənizində qumdan “Böyük Çin Səddi” düzəltmək istəyir.
Yazıda o da qeyd edilir ki, bütün bu proseslər ABŞ-ı və onun müttəfiqlərini narahat edir. Ona görə də Karter, Nakatani və iki ölkənin xarici işlər nazirlərinin aprelin sonunda yeni müdafiə direktivini açıqlayacaqları gözlənilir. Bu açıqlama Yaponiya baş naziri Abenin ABŞ prezidenti Barak Obama ilə Vaşinqtondakı sammit üçün nəzərdə tutulan aprelin 28-dəki görüşündən əvvəl baş tutacaq.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal
20.09.2018
Şinzo Abe yenidən Yaponiyanın hakim Liberal Demokratik Partiyasının sədri seçilib
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info