“Paşa Bank”ın dəstəyi ilə Gəncədə “Breyn Rinq” intellektual yarışması keçirilib
Tarix: 08.04.2015 | Saat: 21:16:00 | E-mail | Çapa göndər


Gəncə şəhəri, Heydər Əliyev mərkəzində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) təşkilatçılığı və “Paşa Bank”ın dəstəyi ilə region gəncləri və ali təhsil müəssisələrinin tələbələri arasında “Breyn Rinq” intellektual yarışması keçirilib. Yarışda Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universitetinin tələbələri, həmçinin Gəncə və ətraf bölgələrdən Qazax, Tovuz, Göygöl rayonlarının aktiv gənclərindən ibarət 8 komanda qalibiyyət uğrunda intellekt mübarizəsi aparıb. QKDK tərəfindən təşkil edilən tədbir Prezidentin16 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramında nəzərdə tutulmuş qiymətli kağızlar bazarına dair məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsi məqsədilə həyata keçirilir. Tədbiri giriş sözü ilə açan Gəncə şəhərinin icra başçısının birinci müavini Naqif Həmzəyev iştirakçıları salamlayaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdriklik və uzaqgörənliklə məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi genişmiqyaslı və çoxşaxəli siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bütün sahələrdə olduğu kimi ölkə regionlarının tarazlı sosial-iqtisadi inkişafının təmin olunmasında böyük nailiyyət əldə edildiyini diqqətə çatdırmışdır. N.Həmzəyev dövlət siyasətinin mühüm tərkib hissəsi olan gənclər siyasəti çərçivəsində gənclərin hərtərəfli inkişafı istiqamətində geniş spektrli tədbirlərin uğurla həyata keçirildiyindən söz açmışdır. İcra başçısının müavini region gənclərinin inkişafına dair dövlət siyasətinin uğurla reallaşdırılmasına dəstək verdiyinə görə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə minnətdarlığını bildirib. Daha sonra çıxış edən QKDK aparatının rəhbəri Bəxtiyar Əzizov Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, onların intellektual və yaradıcı potensiallarından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunmasında dövlətin apardığı gənclər siyasətinin önəmli rolundan danışıb. B.Əzizov komitə tərəfindən gənclərin fəallığının artırılması, potensialının üzə çıxarılması və intellektual səviyyəsinin yüksəldilməsi üçün geniş şərait yaradıldığını bildirərək, tələbələr və KİV nümayəndələri üçün müxtəlif müsabiqə və seminarların təşkil edilməsinin ənənəyə çevrildiyini vurğulayıb. QKDK aparatının rəhbəri region gəncləri arasında təşkil olunan Breyn Rinq yarışmasının gənclərin intellektual fəaliyyətə daha geniş miqyasda cəlb edilməsinə və onlarda iqtisadiyyatın perspektivli sahəsi olan maliyyə, qiymətli kağızlar və fond bazarı haqqında zəruri biliklərin formalaşdırılmasına töfhə verəcəyinə əminliyini ifadə edib. Tədbirdə çıxış edən Paşa Bankın Gəncə Filialının Biznes Mərkəzinin direktoru Sevil Abbasova maliyyə qurumu kimi müxtəlif növ bank xidmət və məhsulları təklif etməklə yanaşı, Paşa Bankın gənclərin iqtisadi təhsili, işə hazırlığı və gələcəkdə cəmiyyətdə layiqincə yer tutmalarına yardım etmək məqsədilə onların təhsili və inkişafına böyük sərmayələr qoyduğu barədə məlumat verib. S.Abbasova Paşa Bankın QKDK ilə birlikdə bir sıra uğurlu layihə və tədbirlər təşkil etdiyini, bu səmərəli əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini qeyd edib.
Sonda yarışın qaliblərinə sertifikatlar və müxtəlif dəyərli hədiyyələr təqdim olunub. QKDK “Breyn Rinq” yarışmasını Azərbaycanda intellektual oyunların inkişafına kömək etmək və gənclərin bu oyunlara marağını artırmaq məqsədilə yaradılmış Azərbaycan İntellektual Klublar Assosiasiyası ilə birgə həyata keçirib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info