“Kremlin strateji tərəfdaş kimi itirilməsi ABŞ-ın milli təhlükəsizliyinə zərbədir”
Tarix: 09.04.2015 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


“Rusiya Qərbdən üz çevirərək Şərqə yönəlir. Bu isə Rusiyanın Avropadakı tərəfdaşları, xüsusilə də sərmayə imkanlarını itirən Almaniya üçün böyük fəlakətə səbəb ola bilər”
“Kremli strateji tərəfdaş kimi itirən ABŞ hökuməti hələ də dərk etmir ki, ABŞ-ın milli təhlükəsizlyi Rusiya ilə bağlıdır”. Bu fikirlər amerikalı tarixçi, Rusiya üzrə ekspert olan Stiven Koenə məxsusdur. Onun fikrincə, Ukrayna böhranına görə, Rusiya ilə qarşudurmaya gedən ABŞ özünün milli təhlükəsizliyinin əleyhinə hərəkət etmiş olur.
Koenə görə, yeni “soyuq müharibə” ərəfəsində Rusiya ilə ABŞ arasında bir çox sahələrdə əməkdaşlığa son verilmişdi. Lakin bütün bunlara baxmayaraq, ABŞ-ın milli təhlükəsizliyi Moskva ilə qırılmaz şəkildə bağlıdır: “Bizim üçün Kreml kimi tərəfdaş olmadan real milli təhlükəsizlik də yoxdur. Məhz buna görə də, bizim bu sahədə tərəfdaş kimi Rusiyaya böyük ehtiyacımız var”. Priston Universitetinin professoru olan Koen qeyd edir ki, ABŞ-ın İranın nüvə proqramı üzrə danışıqlarda Rusiyanın dəstəyini itirməsi sonda Kremlin İrana qarşı mövqeyində dəyişikliyə səbəb ola bilər: “İran məsələsində Rusiyanın dəstəyi həyati məsələdir. Lakin unutmaq lazım deyil ki, Rusiyanın səbri sonsuz deyil”. Koen bir daha xatırladır ki, Rusiyaya qarşı aqressiv davranış iki ölkə arasında əməkdaşlığı daha da sarsıdır. Tarixçinin fikrincə, indi ABŞ və Rusiya məlum Kuba raket böhranı zamanında olandan daha çox müharibəyə yaxındırlar. Bunun əsas səbəbi Ağ Ev, Dövlət Departamenti və NATO tərəfindən inkar edilsə də, Avropa Birliyi ilə ticarət razılaşmasının imzalanmasıdır. Bu razılaşma Ukraynada vətəndaş müharibəsinə səbəb oldu: “Bununla belə, onlar yalnız “Rusiya işğalı” barədə danışmağa üstünlük verirlər. Bu, həm tarixi, həm də bu gün baş verənlərin mahiyyətini anlamamaq deməkdir. Əminliklə deyirəm ki, “Minsk-2” müqaviləsini Kiyev özü sabotaj etdi. Belə görünür ki, Vaşinqton və Brüssel Rusiya ilə gələcəkdə də hərbi qarşıdurmada maraqlıdır. ABŞ belə hesab edir ki, Ukraynadakı böhran bu ölkəni ələ keçirməyə çalışan Putin tərəfindən yaradılıb. Bu, Putinin ilk addımıdır, əsas məqsəd Şərqi Avropanı geri almaqdır. Amerikalıların bu yanaşması cəfəngiyyatdır və heç bir məntiqə uyğun deyil”. Rusiyaya qarşı tətbiq edilmiş qadağalara münasibət bildirən amerikalı tarixçi qeyd edir ki, Avropa Birliyi bu qadağaların əleyhinə çixaraq, onların ləğv edilməsinə çalışır. Vaşinqton isə sanksiyalarda israr edir. Bunun nəticəsi olaraq Rusiya Qərbdən üz çevirərək Şərqə yönəlir. Bu isə Rusiyanın Avropadakı tərəfdaşları, xüsusilə də sərmayə imkanlarını itirən Almaniya üçün böyük fəlakətə səbəb ola bilər.
Ağasəf Babayev







 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info