Avropa İttifaqının komissarı İqtisadiyyat və Sənaye Nazirliyində olub
Tarix: 09.04.2015 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


İqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə komissarı Yohannes Hanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Yohannes Hanı yeni vəzifə təyin olunması münasibətilə təbrik etmiş, Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulamışdır. Azərbaycan Respublikası Prezidentinin son 10 ildə Avropa İttifaqına 5 səfəri, həmçinin Avropa İttifaqı Şurasının nümayəndələrinin ölkəmizə səfərləri əməkdaşlığın inkişafına böyük təkan verib. Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi, Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı, Şərq Tərəfdaşlığı Təşəbbüsü, Viza və Readmissiya haqqında sazişlər Avropa İttifaqı ilə əlaqələrin daha da genişlənməsində önəmli rol oynayır. Azərbaycan və Avropa İttifaqı arasında hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir. Azərbaycanın Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının fəaliyyəti, Tvinninq, TAİEX, Büdcəyə dəstək alətləri də ölkəmiz və Avropa İttifaqı arasında əlaqələrin inkişafında əhəmiyyətlidir.
Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşlarından olduğunu diqqətə çatdıran nazir Şahin Mustafayev ötən il Avropa İttifaqı ilə ticarət dövriyyəsinin həcminin ümumi ticarətdəki payının 47,3%, bu ilin yanvar-fevral aylarında isə 43% təşkil etdiyini vurğulayıb. Bildirilib ki, son 10 ildə Avropa İttifaqı ölkələrinin Azərbaycanda əsas kapitala yönəlmiş və qeyri-neft sektoruna qoyulmuş birbaşa investisiyalarının ümumi xarici investisiyalarda xüsusi çəkisi müvafiq olaraq 52% və 35,3% olub. Avropa İttifaqının 21 üzv ölkəsi ilə Azərbaycan arasında ikiqat vergitutmanın aradan qaldırılması, 17 ölkəsi ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanmış, 12 üzv ölkə ilə Hökumətlərarası Komissiya yaradılıb. Azərbaycan da öz növbəsində bir sıra Avropa ölkələrinə investisiya yatırıb. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. 2014-cü ildə Cənub Qaz Dəhlizinin, 2015-ci ildə isə TANAP-ın təməlinin qoyulması enerji sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır.
Görüşdə Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Şahin Mustafayev ölkəmizin regionda həyata keçirilən iri infrastruktur və enerji layihələrin təşəbbüskarı və fəal iştirakçısı olduğunu bildirib. Nazir Şahin Mustafayev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20%-nin işğal edildiyini, soydaşlarımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını, münaqişənin regionun inkişafına ciddi maneə olduğunu vurğulayıb, bu münaqişə ilə bağlı hələ də ikili standartların tətbiq olunduğunu qeyd edib. Beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq hüquqa əsaslanan prinsipial mövqe nümayiş etdirməlidir. Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə komissarı Yohannes Han səmimi qəbula görə minnətdarlığını bildirib, Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurların diqqətəlayiq olduğunu vurğulayıb. Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi istiqamətlərinə dair fikirlərini bölüşən Y.Han Avropa İttifaqının ölkəmizlə əlaqələrin daha da inkişafında maraqlı olduğunu qeyd edib. Görüşün sonunda Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə komissarı Yohannes Hanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Biznes Mərkəzində Azərbaycanın son 10 ildə sosial-iqtisadi inkişafını əks etdirən sərgi ilə tanış olmuş, avropalı qonaqlara ölkəmizin iqtisadi nailiyyətləri barədə məlumat verilib.

İlkin






 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info