“Azərbaycanın ən yaxşı təcrübəsi olan “ASAN“-ın alman cəmiyyətinə təqdimatı olacaq”
Tarix: 09.04.2015 | Saat: 16:28:00 | E-mail | Çapa göndər


Azərbaycanda səfərdə olan “Qafqaz və Xəzər regionunun araşdırılması üzrə Berlin Avropa İnstitutu”nun sədri Matias Dornfelt ilə "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin sədri Emil Hüseynli arasında görüş keçirilib.
Görüşdə qonağı salamlayan "Düşüncə" İB-nin sədri E.Hüseynli deyib ki, Azərbaycan və Almaniyanın vətəndaş cəmiyyətləri arasında əməkdaşlığın inkişafına ehtiyac var: "Çünki Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında vətəndaş cəmiyyətləri böyük rol oynaya bilər. Hesab edirəm ki, bizim təşkilatlar bu istiqamətdə birgə layihələr həyata keçirə bilər".
Öz növbəsində M.Dornfelt bu görüşün baş tutumasından məmnun olduğunu bildirib. Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilat hazırda yaxşı idarəçilik, e-hökumət, şəffaflıq və korrupsiyaya qarşı mübarizə məsələləri ilə bağlı fəaliyyət göstərir: "Bu baxımdan bizim təşkilat "ASAN"-la sıx əməkdaşlıq edir. "ASAN"-ın nümayəndələri Almaniyaya səfər edəcəklər. Onlar Almaniyada dövlət idarəçiliyi ilə tanış olacaqlar və eyni zamanda Azərbaycanın ən yaxşı təcrübəsi olan "ASAN"-ın alman cəmiyyətinə təqdimatı olacaq.
Görüşdə həmçinin Dağlıq Qarabağ həqiqətlərinin, Azərbaycanda tollerantlıq mühitinin alman, eyni zamanda dünya ictimaiyyətinə çatdırılması istiqamətində birgə fəaliyyətin vacibliyi vurğulanıb və bu istiqamətdə fikir mübadiləsi aparılıb.
Müzakirələrdə "Düşüncə" İB-nin sədrinin müavini Elçin Mehdiyev də iştirak edib.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info