“Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımlar”
Tarix: 09.04.2015 | Saat: 18:59:00 | E-mail | Çapa göndər


Quba şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, Bakıxanov adına Tarix İnstitutu, Türkiyə Nazirlər Kabineti yanında Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu Atatürk Araşdırma Mərkəzi və Quba Şəhər İcra Hakimiyyətinin birgə təşkil etdiyi “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımlar (1914-1920-ci illər)” adlı II beynəlxalq elmi konfrans başlayıb.
Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla Prezident İlham Əliyevin iştirakçılara müraciətini oxuyub. Konfransı giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə açıb. Plenar iclasda AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, Atatürk Araşdırma Mərkəzinin sədri, professor Mehmet Əli Beyhan, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev və digər alimlərin çıxışı nəzərdə tutulub.
Konfrans çərçivəsində “Şimali Azərbaycan torpaqlarında türk-müsəlman əhaliyə qarşı soyqırımlar (1914-1920-ci illər)” və “Şərqi Anadolu, Urmiya, Salmas və digər bölgələrdə türk-müsəlman əhaliyə qarşı soyqırımlar (1914-1920-ci illər)” adlı iki bölmədə müzakirə aparılacaq.
Üç gün davam edəcək beynəlxalq konfransda ümumilikdə 100-dən artıq tanınmış alim və mütəxəssis iştirak edir. Azərbaycan tarixçiləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən – Almaniya, Albaniya, Bolqarıstan, Fransa, İran, Qazaxıstan, Özbəkistan, Kipr, Gürcüstan, Polşa, Rusiya və Türkiyədən 58 alim məruzələrlə çıxış edəcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info