BANM və “Confidence Capital” şirkəti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb
Tarix: 09.04.2015 | Saat: 19:05:00 | E-mail | Çapa göndər


Bakıda keçirilən VIII Beynəlxalq Xəzər neft-qaz, ticarət-nəqliyyat konfransı çərçivəsində Bakı Ali Neft Məktəbi (BANM) və Böyük Britaniyanın “Confidence Capital” şirkəti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb.
Razılaşmanın məqsədi BANM və “Confidence Capital” şirkəti arasında qabaqcıl texnologiyalar, yanacaq-enerji kompleksinin inkişafı haqqında Bakıda, Londonda və digər şəhərlərdə seminarlar, konfranslar, yay və qış məktəbləri, stajkeçmə, ixtisasartırma və yenidənhazırlama kursları təşkil edilməsi və biliklərin dövlət orqanlarının, şirkətlərin, müəssisələrin, elm və təhsil mərkəzlərinin, qeyri-hökumət təşkilatlarının mütəxəssislərinin, tələbələrin arasında yayılması sahəsində əməkdaşlığın qurulmasıdır.
Qeyd edək ki, aprel ayının 9-10 tarixlərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş SOCAR-ın dəstəyi, Böyük Britaniyanın “Confidence Capital” şirkəti və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə Bakıda VIII Beynəlxalq Xəzər neft-qaz, ticarət-nəqliyyat konfransı keçirilir.
Konfrans Azərbaycanın neft strategiyasının uğurlarının təbliğ edilməsi və mütəxəssislər arasında işgüzar əlaqələrin yaradılması üçün əlverişli platforma olacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Almaniyanın Siegen Universitetinin müəllim və tələbə heyəti “Ulduz” Şokolad Fabrikində
19.04.2019
DGK əsassız ittihamlara söykənən etirazların əks olunduğu video ilə bağlı məlumat yayıb
19.04.2019
“Qanın milliyyəti yoxdur”
18.04.2019
“Bakcell” Formula 1 Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu
18.04.2019
Ad günün mübarək, şəhidim!

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info