Təhsil Problemləri İnstitutunda Fəaliyyət Planı müzakirə olundu
Tarix: 09.04.2015 | Saat: 20:08:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın icrası ilə əlaqədar institutun şöbə müdirlərinin iştirakı ilə növbəti toplantı keçirilib. İnstitutun Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsindən “Palitra”ya bildiriblər ki, məqsəd Fəaliyyət Planının icrası üzrə Təhsil Nazirliyinin 2015-ci il üçün Tədbirlər Planında göstərilmiş və ARTPİ-nin görəcəyi işlər barədə məlumat və təkliflərin hazırlanmasıdir. İnstitutun direktoru Qulu Novruzov Tədbirlər Planı sənədində göstərilmiş və birbaşa ARTPİ-nin iş fəaliyyətinə aid olan Strateji hədəflər, “Fəaliyyət Planı” üzrə institut tərəfindən görüləcək işlər, tədbirləri, icraçı struktur və bölmələri, irca müddəti, icraya cəlb olunan bölmələr barədə geniş məlumat verdi. Bildirdi ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının icrası üzrə Təhsil Nazirliyinin 2015-ci il üçün Tədbirlər Planı sənədində göstərilmiş bəndlərin otuz birində ARTPİ bilavasitə icraçıdır. Qırx iki bəndində isə institutun icraya cəlb olunan qurumlar sırasında olduğunu bidirdi. İnstitutun aidiyyəti şöbələrinə sənəddə göstərilən müvafiq strateji hədəflərə uyğun olaraq tədbirlərin görülməsini, məlumat və təkliflərin hazırlanmasını tapşırdı. ARTPİ tərəfindən keçiriləcək tədbirlərin planının hazırlanması ilə bağlı qeyd olunacaq mövzu və təkliflər ətrafında geniş müzakirələr aparıldı.
Anar




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
“Turizm ixtisası üzrə təhsil alan tələbələrin peşəkar vərdişlərinin formalaşdırılmasına dəstək” layihəsi icra edilir
24.05.2019
Vergi sirri haqqında məlumatlar Hesablama Palatasına da veriləcək
23.05.2019
FHN-in Akademiyasında Nəsiminin yubileyi qeyd edilib
23.05.2019
“Son iclas” filmi Pirallahı gəncləri tərəfindən böyük maraqla qarşılandı
23.05.2019
Heydər Əliyev Fondu rayonlarda iftar süfrələri təşkil edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10786

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info