Bakı və Qazaxda əməyin mühafizəsinə dair maarifləndirmə tədbirləri keçirilib
Tarix: 09.04.2015 | Saat: 21:15:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) “Təhlükəsiz iş aylığı” çərçivəsində sağlam və təhlükəsiz əmək şəraitinin təşkilinə dair maarifləndirmə tədbirlərini Bakı şəhərindəki və Qazax rayonundakı iri işəgötürənlərdə davam etdirib.
Tədbirlər zamanı işəgötürən və işçilərə əmək qanunvericiliyi, o cümlədən iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı norma və standartlar, qaydalar barədə dolğun məlumatlar verilib. Əmək prosesində istehsalat qəzaları və peşə xəstəliklərinin qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi, işçilərin istehsalat qəzaları və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması və s. məsələlərlə əlaqədar tədbir iştirakçılarının sualları cavablandırılıb.
Tədbirlər zamanı əmək şəraitinin müvafiq norma və standartlara uyğun təşkil edildiyi müəssisələrdə səmərəlilik, məhsuldarlıq əmsalının da yüksəldiyi vurğulanaraq, əməyin mühafizəsi normalarının pozulmasına görə qanunvericilikdə nəzərdə tutulan cəza tədbirləri də diqqətə çatdırılıb. Daha sonra müəssisələrdə əmək şəraiti, işçilərin həyat və sağlamlığının qorunması üçün texniki təhlükəsizlik qaydalarına əməl olunması vəziyyəti nəzərdən keçirilib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info