Azad Rəhimov: “Bizim Avropa ölkələri arasında öz yerimiz var”
Tarix: 09.04.2015 | Saat: 21:17:00 | E-mail | Çapa göndər


İyunun 12-dən 28-dək Bakıda keçiriləcək Avropa Oyunlarına Azərbaycan yığma komandalarının hazırlığının son mərhələsi ilə bağlı iclas keçirilib. Tədbiri açıq elan edən gənclər və idman naziri Azad Rəhimov yarışla bağlı son məlumatları verib.
“Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BEGOG) icraçı-direktoru da olan nazir öncə iclasın keçirildiyi BEGOG-da çalışanların sayını açıqlayıb. O bildirib ki, yarışa hazırlıqla bağlı burada 1500 insan çalışır: “Onların 1000-dən çoxu yerli gənclərdi. Fikrimcə, bu onlar üçün böyük təcrübədi. Digər 500 nəfər xaricilərdi. Onların böyük təcrübəsi var və köməklikləri ilə 64 gündən sonra Avropa Oyunları təşkil olunacaq”.
İdman obyektlərinin 99 faizinin hazır olduğunu vurğulayan nazir aprelin sonuna kimi hamısının tamamlanacağını deyib.
Avropa Oyunlarına 17-18 min könüllünün cəlb olunduğunu bildirən nazirin qeyd edib ki, bunlardan 5 mini açılış və bağlanış mərasimlərində, digərləri yarışların gedişində köməklik göstərəcəklər.
Rəhimov Avropa Oyunlarına qatılacaq idmançıların çıxışını isə daha vacib hesab edib. O bildirib ki, əsas məqsəd Avropada ölkəmizin yerini qorumaqdı: “Təbii ki, ən vacibi yarışda qazanılacaq medallardı. Cənab Prezident İlham Əliyev tərəfindən göstərilən bu cür yüksək şərait yaradılıb və bunun qarşılığı verilməlidir. Bizim Avropa ölkələri arasında öz yerimiz var. Qitə ölkələri arasında 2012-ci ildə təşkil olunan London Yay Olimpiya Oyunlarında 15-ci, Nanjinqdə keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 10-cu yeri tutmuşuq. Biz həmin səviyyədən aşağı düşməməliyik. Hər bir idman növündə çıxış edəcəyik və doğma azarkeşlərimiz medallar qazanmaqda dəstəkləyəcəklər. Bu iclasda əsas məqsəd federasiyaların hesabatını dinləməkdi. 2 ay vaxtımız qalıb, işlərin nə yerdə olmasını öyrənmək vacibdir. Bu iclasdan konkret məsələ ilə çıxmalıyıq ki, hansı işlər görülüb və görüləcək”.
Ardınca Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdrü Mirkamil Rəhimov Avropa Oyunlarına hazırlıqla bağlı hesabat verib.
Avropa Oyunlarına idmançılarımızın hazırlığı ilə bağlı danışan Rəhimov bunun 3 mərhələdən ibarət olduğunu deyib. Onun sözlərinə görə, yığmamız son yarışlarda özünü yaxşı tərəfdən göstərib və bu, Oyunlarda uğurlu çıxışa böyük zəmin yaradır. Həmçinin, komandalarımızın təlim-məşq toplanışları, onların turnirlərdə iştirakları barədə ətraflı məlumat verən şöbə müdiri 2013-cü ildə bu işlərə təxminən 5, ötən il 5,5 milyon manat xərcləndiyini söyləyib.
Artıq geyimlərin aksizi də hazır olunduğunu söyləyən Rəhimov bunun İtaliya firması tərəfindən hazırlandığını söyləyib.
Yekunda Azad Rəhimov dopinqlə bağlı federasiya rəsmilərinə ciddi xəbərdarlıq edib. O vurğulayıb ki, bu sahədə xüsusi nəzarət vacibdi: “Anti-dopinq agentliyində hər şey tamamilə dəyişib. Hər şeyə ciddi nəzarət var və bunu hamı nəzarətdə saxlamalıdı. Bu məsələlərlə bağlı hansısa köməklik olmayacaq və hər bir kəs üzərinə düşən işi görməlidi”.
Ardınca iclas qapalı keçirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info