Gömrük nəzarətindən keçməyən məmulatların gətirilməsinin qarşısı alınıb
Tarix: 09.04.2015 | Saat: 21:21:00 | E-mail | Çapa göndər


Azərbaycan gömrük xidməti əməkdaşları vətəndaşın çantasında və üzərində ümumi çəkisi 315 qrama yaxın zərgərlik məmulatları aşkar ediblər.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Dubay-Bakı aviareysi ilə Heydər Əliyev Beynəlxalq Hava Limanına daxil olan Azərbaycan vətəndaşı Sevinc Şirinovaya məxsus baqaj rentgen aparatından keçirilərkən monitorda zərgərlik məmulatlarına oxşar predmetlərin təsviri görünüb.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı həmin yükə təkrar gömrük baxışı keçirib və bu zaman S. Şirinovaya məxsus əl çantasından, qabaqcadan gömrük nəzarətinə təqdim olunmayan, nə elektron, nə də yazılı formada bəyan edilməyən 11 cüt sırğa, 4 ədəd üzük, 2 ədəd boyunbağı, 4 ədəd qolbaq, 5 ədəd kulonlu boyunbağı aşkar olunub.
Sonra isə S. Şirinovanın üzərində aparılmış şəxsi yoxlama zamanı gömrük nəzarətinə təqdim olunmayan 2 ədəd bilərzik, 2 ədəd boyunbağı və 1 cüt sırğa aşkar edilib.
Faktla bağlı izahatında S. Şirinova aşkar edilən zərgərlik məmulatlarını Dubay şəhərindən aldığını bildirib, həmin əşyaları bəyan etməməsinin səbəbini isə qanunvericiliyi bilməməsi ilə əlaqələndirib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, sözügedən predmetlər ümumi çəkisi 314,57 qram olan və 750 əyarlı qızıldan hazırlanan zərgərlik məmulatlarıdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ixracda birinci yerdədir
21.02.2019
Anar Quliyev: “Bakı şəhərinin Baş planının hazırlanması üçün texniki işlərə başlanılacaq”
21.02.2019
Azərbaycan şirkətləri ərəb ölkələrinə qazsız su və meyvə qurusu ixrac edəcək
21.02.2019
Tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üzrə elektron müraciət sistemi təqdim edilib
21.02.2019
Nuran Kərimov: “Vergilər Nazirliyi prioritet məsələlərin həlli ilə məşğuldur və bu istiqamətdə ciddi nəticələr gözlənilir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info