Ermənistanda əsgər anaları ayağa qalxdılar
Tarix: 09.04.2015 | Saat: 21:21:00 | E-mail | Çapa göndər


Ermənistanın qeyri-döyüş şəraitində həlak olmuş hərbi qulluqçularının valideynləri İrəvanda növbəti etiraz aksiyası keçiriblər.
"Eprees.am" saytının verdiyi məlumata görə, əsgər anaları əvvəlcə Prezident Administrasiyasının qarşısına toplaşıb, sonra isə Parlamentin qarşısında gəliblər.
Onlar hərbi qulluqçuların ölümü ilə bağlı cinayət işlərinin açılmamasından narahatlıqlarını ifadə ediblər.
Bildiriblər ki, baş prokuror Qevorq Kostanyananın Parlamentdəki illik məruzəsini gözləyirlər.
“Əsgər anaları bilmək istəyirlər ki, baş prokuror cinayət işlərinin açılmamasını necə izah edəcək, deputatlar orduda baş verən cinayətlərlə bağlı məsələ qaldıracaqlarmı?” - deyə "eprees.am" yazır.
Valideynləri dinləyən deputat Samvel Farmanyan qeyd edib ki, oğullarını itirmiş valideynlərə təsəlli verə bilməz: “Bu ağrını mən də yaşamışam. Mənim əmim oğlu da orduda həlak olub. Sadəcə, söz verə bilərəm ki, baş prokurorun məruzəsi zamanı bu problemi qaldıracam".
Tural




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Astana şəhərinin yeni adı Nur-Sultan oldu
22.03.2019
Ermənistanda qazın qiyməti artacaq
21.03.2019
“Ermənistan hakimiyyəti Qarabağ danışıqlarına hazır deyil“
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info