Gənclər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olublar
Tarix: 09.04.2015 | Saat: 21:27:00 | E-mail | Çapa göndər


Binəqədi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə bir qrup gəncin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə ekskursiyası təşkil edilib. Ekskursiya çərçivəsində həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “I Avropa Oyunları Azərbaycanın tanıtımı və multikulturalizm siyasəti kontekstində” mövzusunda tədbir təşkil olunub.
Tədbirdən öncə qonaqlara Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaranması, fəaliyyəti və iş prinsipləri barəsində ətraflı məlumat verilib. Bildrilib ki, Mərkəz 15 may 2014-cü il tarixdə Prezident İlham Əliyevin Fərmanı əsasında təsis edilib, Prezident İlham Əliyevin 19 noyabr 2014-cü il tarixli Sərəncamı ilə Mərkəzin Himayəçilik Şurasının üzvləri təyin edilib və Prezidentin millətlərarası, multikulturalizm və dini məsələlər məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Mehdi oğlu Abdullayev Himayəçilik Şurasının sədri seçilib.
Tədbirdə çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəznin icraçı direktoru, professor Azad Məmmədov Mərkəzin yaranması və fəaliyyət istiqamətləri haqqında danışıb.
Sonra çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri Aynur Bəşirli və Mərkəzin layihələr şöbəsinin müdiri Hikmət Babayev görülmüş işlər və qarşıda duran perspektivlər haqda məlumat veriblər. Natiqlər multikultural təhlükəszilik, yerli və xarici universitetlərdə multikulturalizm fənninin tədrisi, Azərbaycanda tolerantlıq və multikulturalizm siyasəti haqda ətraflı məlumat veriblər. Qeyd olunub ki, hazırda Çexiya, İtaliya, Bolqarıstan, Rusiya, Belorusiya, Gürcüstan və Litvada ali təhsil müəssisələrdində Azərbaycan multikulturalizmi fənni tədris olunur.
Daha sonra tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova tədbirin təşkilində göstərdikləri dəstəyə görə Mərkəzin rəhbərliyinə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun təşəkkürünü və salamlarını çatdırıb. O, Binəqədi rayonunda gənclərin davamlı inkişafı istiqamətində müxtəlif maarifləndirici layihələrin və görüşlərin keçirildiyini, ekskursiyaların reallaşdırıldığını qeyd edib. Bildirilib ki, Binəqədi rayonunda milli - etnik və dini azlıqların nümayəndələrinə daim diqqət göstərilir və bu artıq ənənə halını alıb.
Sonra Mərkəzin nümayəndələri tərəfindən müxtəlif ali təhsil müəssisələrindən olan Binəqədi rayon gənclərinin sualları cavablandırılıb.
Tədbirin sonunda Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Bakı Multikulturalizm Mərkəzinə xatirə hədiyyəsi təqdim oluub, xatirə şəkili çəkdirilib.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir
15.11.2018
Fransada keçirilən Forumda Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb
15.11.2018
Dünya azərbaycanlılarının vahid mərkəzdən milli maraqlarımıza xidmət göstərməsi bəzi qüvvələrə sərf etmir
15.11.2018
Əli Əhmədov: “Bundan sonra da kiçik və orta sahibkarlığın inkişafı üçün geniş imkanlar olacaq“
15.11.2018
“Bakutel-2018” sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info