NDU-nun komandası finala vəsiqə qazanıb
Tarix: 09.04.2015 | Saat: 21:28:00 | E-mail | Çapa göndər


Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadasında iştirak edən NDU-nun komandası finala vəsiqə qazanıb.
Bakı şəhərində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” keçirilib. Naxçıvan Dövlət Universitetinin “NDU” komandası da Universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Elşən Məmmədovun rəhbərliyi ilə həmin olimpiadaya qatılıb.
Qafqaz Universitetində olimpiadanın 1-ci mərhələsi keçirilib. Hər təhsil müəssisəsindən maksimum 5 komandanın iştirak edə biləcəyi olimpiadada NDU-nu 1 komanda təmsil edib. İlkin mərhələdə respublikanın 17 ali təhsil müəssisəsindən 66 komandanın iştirakı ilə keçirilən olimpiadanın birinci mərhələsində uğurla çıxış edən Naxçıvan Dövlət Universitetinin informatika komandası final mərhələsinə vəsiqə qazanıb. “NDU” komandası müasir informasiya-kommunikasiya texnologiyalarının mənimsənilməsi və tətbiqi, informatika sahəsində nəzəri bilik səviyyəsi ilə fərqlənərək finala çıxıb.
Qeyd edək ki, final mərhələsi AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcəkdir.

Mina Qasımova
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info