Rusiyanın Çanaqqala tədbirinə qatılması ermənilərə növbəti zərbədir
Tarix: 09.04.2015 | Saat: 22:31:00 | E-mail | Çapa göndər


Dmitri Peskov: “Rusiya Federasiyası aprelin 24-də Çanaqqalada düzənlənən anım tədbirində yüksək səviyyədə təmsil olunacaq”

Kreml hələki İrəvana prezident Putinin səfəri və “erməni genosidi”nin 100 illiyinə həsr edilmiş tədbirə qatılması məsələsinə baxmaqdadır. Biz bununla bağlı müəyyən qərar verəcəyik. Bu barədə TASS-ın sualına cavab verən Rusiya dövlətinin mətbuat katibi Dmitri Peskov deyib.
Kreml nümayəndəsi Putinin Çanaqqala savaşının 100 illiyinəPutinin gedib-getməyəcəyi ilə bağlı sualı cavablandırarkən bildirib : “Rusiya Federasiyası Çanaqqalada düzənlənən anım tədbirində yüksək səviyyədə təmsil olunacaq”. Göründüyü kimi, bu cavab Putinin Çanaqqala tədbirinə qatılacağını istisna etmir. Məlumat üçün xatırladaq ki, Çanaqqala savaşı 1914-1916-cı illərdə Birinci Dünya müharibəsi çərçivəsində baş vermiş savaşlar arasında ən vaciblərindən biridir. Bu savaş Antanta dövlətləri olan Fransa, Böyük Britaniya ilə Almaniya və Osmanlı imperiyası arasında baş verib. Savaş Osmanlıların zəfəri ilə bitib. Müharibə1915-ci ilin fevralında başlayıb və 1916-cı ilin yanvarında başa çatıb. Amma Türkiyə hakimiyyəti bu qələbəni “erməni genosidi”nin qeyd edildiyi 24 apreldə qeyd etmək barədə qərar qəbul edib. Ermənistan isə Türkiyədə “erməni genosidi”nin keçikrildiyi gündə hər hansı tədbir keçirilməsini “yersiz” sayır.
Qeyd edək ki, son vaxtlar Rusiya ilə Türkiyə arasında iqtisadi-siyasi müstəvidə getdikcə güclənən əməkdaşlıq iki ölkənin bir sıra sahələrdə ümumi maraqlarını ortaya qoyub. Məsələn, böyük iqtisadi layihə olan “Türk axını”nın gerçəkləşməsi bu məsələdə gözəl bir nümunə kimi göstərilə bilər. Məlum olduğu kimi, Rusiya qazının Avropaya axını məsələsində bir sıra Avropa dövlətləri kənara durdular və rus qazı üçün tranzit rolunu oynamaqdan imtina etdilər. Tarixi, mədəni və dini baxımdan Rusiya ilə bağlılığı olan Avropa dövlətlərinin rus qazı axınından siyasi səbəblərdən vaz keçməli olduqları bir şəraitdə, Türkiyə Rusiyaya dəstək oldu. Nəticədə, Rusiya qazını Avropaya daşıyacaq “Türk axını” layihəsi ərsəyə gəlmiş oldu. Bu cür önəmli faktlar iki ölkənin nə dərəcədə bir-birilə əməkdaşlıqdan fayda götürdüyünü və bununla dünya arenasında mövqelərini gücləndirdiklərini ortaya qoyur. Görünür ki, Türkiyə Rusiya üçün olduqca vacib və önəmli bir dövlətdir. Bundan başqa, son dövrlərdə iki ölkə arasında ticarət dövriyyəsinin olduqca artması, iqtisadi münasibətlərin güclənməsi də bu vacibliyi bir daha diqqətə çatdırmış olur.
Belə bir situasiyada Ermənistanın qondarma “genosid”i qeyd etməyə çalışdığı bir gündə, Rusiya yüksək səviyyədə Türkiyədə Çanaqqa savaşının 100 illiyinin təntənə ilə qeyd ediləcəyi anım tədbirinə qatılacq. Bu isə bir daha onu göstərir ki, Rusiya onun üçün olduqca önəmli olan Türkiyə müqabilində Ermənistanı əhəmiyyətsiz bir ölkə sayır və onun “genosid” iddialarına etinasız yanaşır.
Onu da qeyd edək ki, Çanaqqala savaşının 100 illiyinin məhz aprelin 24-də qeyd edilməsi ilə bağlı qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfəri zamanı keçirilən görüşdə elan etmişdi. Prezident İlham Əliyev isə Ərdoğanla həmin görüşündə Çanaqqala ilə bağlı anım tədbirində iştirak edəcəyini bildirən ilk xarici dövlət başçısı oldu.
İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info