Ağır atletlərimiz Avropa çempionatına qatılacaq
Tarix: 09.04.2015 | Saat: 23:31:00 | E-mail | Çapa göndər


Qanında istifadəsi qadağan olunan dərman preparatı tapılan 18 ağırlıqqaldıranımız, Zülfüqar Süleymanov istisna olmaqla, digərləri bir-bir karyeralarını bərpa etməyə hazırlaşır.
Artıq Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (İWF) təmsilçilərimizdən Silviya Angelova (48 kq), Valentin Xristov (62 kq) və İntiqam Zairovun (94 kq) Avropa çempionatına qatılması üçün razılıq məktubu göndərib. Bu, aprelin 11-18-də Gürcüstanın paytaxtı Tiflisdə təşkil olunacaq qitə birinciliyində də öz əksini tapıb: Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) hər 3 idmançımızı çempionat üçün sifariş edib. Qanında istifadəsi qadağan olunan dehidrometiltestosteron tapılan Angelovanın 2 illik diskvalifikasiya müddəti aprelin 8-də başa çatıb. Eyni müddətə yarışlardan uzaqlaşdırılan Xristov podiuma çıxmaq qadağasını dünən başa vurduğu halda, Zairovda bu cəza aprelin 13-də yekunlaşacaq. İntiqamın mübarizə aparacağı 94 kq çəki dərəcəsində yarışlar isə aprelin 17-nə təsadüf etdiyindən Avropa çempionatına qatılmasında hansısa əngəl qalmayıb. Ondan fərqli, Sərdar Həsənovla (69 kq) Kseniya Vişnitskayanın (58 kq) diskvalifikasiya müddəti müvafiq olaraq, aprelin 10-da və 11-də başa çatsa da, onlar Gürcüstana aparılan heyətə salınmayıb. Əsas idmançılarımızın sıraya dönməsi AAAF-ın siyasətinin də dəyişməsi ilə nəticələnib. Oktyabrda böyük ümidlərlə komandaya gətirilən macarıstanlı Tomaş Feher səhhətinə görə yığmadan kənarlaşdırılıb və onu bu postda polşalı Miroslav Çoros əvəzləyib. Məşqçilər korpusunda isə Nizami Paşayev, Xanlar Nəbiyev və Hafiz Süleymanov saxlanıldığı halda, Elmar Sultanova ehtiyac duyulmayıb. Beləliklə, Tiflisə yollanan yığmamızın siyahısına isə Silviya Angelova (48 kq), Boyanka Kostova (58 kq), Anastasiya İbrahimli (69 kq), Elmar Alıyev (56 kq), Valentin Xristov (62 kq), İvan Stoitsov, Əfqan Bayramov (hər ikisi 77 kq) və İntiqam Zairov (94 kq) daxil ediliblər. Qeyd edək ki, digər ağırlıqqaldıranlarımızdan Firudin Quliyev, Yuri Dudoqlo, Kristina Yovu, Alyona Kiriyenko, Aluda Manaqadze, Nailxan Nəbiyev iyunda, Elxan Əliquluzadə, Yuliya Derkaç, Kamran İsmayılov, Mərziyyə Məhərrəmova və Tatyana Varlamova sentyabrda podiuma dönəcək.




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Əliyar Ağayev Polşa – Latviya oyununa təyinat alıb
23.03.2019
PSJ Ander Herreranı transfer edir
23.03.2019
Rafael Varan “Real“dan yayda ayrılmaq istədiyini söyləyib
22.03.2019
Mbappe İspaniyaya keçir?
22.03.2019
Avro-2020: Xorvatiya 2:1 Azərbaycan

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info