“ABŞ diplomatiyası çətinə düşəndə Rusiyadan yardım istəyir”
Tarix: 10.04.2015 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


“Adətən Amerika diplomatiyası problemlərlə üzləşdiyi zaman “dosta zəng” prinsipindən yararlanaraq, "Avropanın təhlükəsizliyi üçün təhdid" və "işğalçı" hesab etdiyi Rusiyanın köməyindən yararlanır. İndi ABŞ Rusiya ilə “oyuncaq kimi” davranmaqda çox böyük səhvə yol verir”. Bu fikirlər amerikalı yazıçı-jurnalist Finnian Kanninqemə məxsusdur.
O, iddia edir ki, ABŞ prezidenti Barak Obama artıq İranın nüvə proqramı üzrə Rusiyanın iştirakı olmadan əldə edilən sazişi “diplomatik zəfər” kimi qiymətləndirib. Xatırladaq ki, ABŞ-ın dövlət katibi Con Kerri İranın xarici işlər naziri Cavad Zərif ilə Cenevrə forumu çərçivəsində "təkbətək" formatda danışıqlar apararaq “ilkin razılıq” əldə edib. Məhz bundan sonra Böyük Britaniya, Fransa, Almaniya, Çin və Rusiyanın xarici işlər nazirləri danışıqlara qoşulublar. Amma ekspertlər hesab edir ki, Sergey Larvrovun rəhbərlik etdiyi Rusiya diplomatiyası prosesdə həlledici təsir gücünə malik olub. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf da etiraf etmək məcburiyyətində qalıb. “Bu etirafa siz də nəzər yetirin. Axı, bu, son bir il ərzində Qərbin “işğalçı”, liderini isə dünya üçün “təhlükə” kimi təqdim etdiyi həmin Rusiyadır. Rusiyanın ünvanına deyilən bu ittihamlar, son etiraflardan sonra nə qədər doğru görünür?”- deyə Kanninqem sual edir. Doğrudan da, vəziyyət istehza ilə müşayiət ediləcək qədər ifrata gedir. ABŞ İrana tətbiq edilən sanksiyaların aradan qaldırılmasının mümkün detallarını müzakirə etmək üşün sanksiyaların hədəfində olan başqa bir dövləti- Rusiyanı yardıma çağırır. Yazıçı-jurnalistə görə, ABŞ diplomatiyası öz siyasətindəki uyğunsuzluğu bir daha ortaya qoyaraq rəsmi ritorikanın əksinə olaraq konkret situasiyada fərqli davranır. Bu vəziyyət bir daha belə deməyə əsas verir ki, Qərbin Rusiyaya qarşı apardığı informasiya savaşı kampaniyasının heç bir real əsası yoxdur: “Vaşinqton belə düşünür ki, Rusiya, eləcə də Çinlə oyuncaq kimi davranıla bilər. Bir tərəfdən Rusiya “işğalda” ittiham edilərək sanksiyaya məruz qalır, digər tərəfdən isə diplomatik uğursuzluq yarananda ona yardım üçün telefon zəngi edilir. Ona görə də nəzərə almaq lazımdır ki, Moskvanın Vaşinqtona qarşı xoşməramlı münasibəti sərhədsiz deyil”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Repressiyaya məruz qalanların sırasında böyük ədiblərin, şəxsiyyətlərin, ziyalıların adları daha çoxdur
24.05.2019
“Amnesty International“ idmanın siyasiləşdirilməsi istiqamətində ermənilərlə ortaq taktika həyata keçirir
24.05.2019
Nikol Paşinyan Qarabağ klanından qorxduğu üçün oğlunu təhlükəsiz yerə köçürüb
24.05.2019
Rusiya ilə Azərbaycan arasında münasibətləri korlamaq cəhdləri baş tutmayacaq
24.05.2019
“Çimərlikdə qadağanedici şarları keçmək olmaz”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info