“Azərbaycandan ilk qazı 2020-ci ildə almağa ümid bəsləyirik”
Tarix: 10.04.2015 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


Bakıda Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft Akademiyası və “Confidence Capital” şirkətinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönömünə həsr olunmuş VIII Xəzər neft-qaz ticarət-nəqliyyat konfransı öz işinə başlayıb.

Konfransda çıxış edən “Confidence Capital” şirkətinin direktoru Andrey Rudenko dünyada neft sahəsinin inkişafında Azərbaycanın rolundan danışaraq xatırladıb ki, neft ilk dəfə sənaye yolu ilə məhz bizim ölkəmizdə hasil olunub. O, konfransın ənənəvi olaraq Azərbaycan xalqının ümummilli liderinin doğum gününə həsr olunduğunu qeyd edərək bildirib ki, ölkənin neft sahəsinin inkişafında, Azərbaycanın bugünkü neft-qaz kompleksinin yaradılmasında Heydər Əliyevin neft strategiyasının böyük rolu var. Azərbaycanın neft strategiyasının necə bir çətin şəraitdə formalaşdığından söz açan A.Rudenko vurğulayıb: “Azərbaycan bu mürəkkəb şəraitdən əzmlə keçib və hazırda dünya bazarının neft və qazla təmin olunmasına böyük töhfə verən ölkədir”. A.Rudenko neftin, qazın Azərbaycan təsərrüfatının maddi mədəniyyətinə sistemli şəkildə daxil olduğunu qeyd edərək, Bakıda yüksək keyfiyyətli neft - qaz mühəndisləri hazırlayan tarixi ənənələri olan ali təhsil müəssisələrinin fəaliyyətini diqqətə çatdırıb. A.Rudenko bu tədbirin Xəzər regionunda enerji layihələrinin inkişaf meylləri və ssenarilərinin birgə müzakirə edilməsi və gələcəkdə əməkdaşlığın daha da inkişaf etdirilməsinə xidmət göstərəcəyinə ümidvar olduğunu söyləyib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin başçısı Malena Mard konfransda çıxış edərək bildirib ki, Aİ istehlak etdiyi neftin 53 faizini idxal edir, Aİ-nin altı üzvünün vahid enerji təchizatçısından güclü asılılığı var. O deyib: “Buna görə də məqsədimiz enerji təchizatı bazarını şaxələndirməkdir”. M.Mard Azərbaycanı Avropa İttifaqının mühüm tərəfdaşlarından biri adlandıraraq bildirib ki, Avropa İttifaqı Azərbaycandan ilk qazı 2020-ci ildə “Cənub” qaz dəhlizi layihəsi çərçivəsində almağa ümid bəsləyir. M.Mard deyib: “Biz Azərbaycan ilə əməkdaşlığı genişləndirməyə ümid bəsləyirik. Biz energetika sahəsində uzunmüddətli əməkdaşlığı inkişaf etdirməyin əsasını qoymuşuq. Bu, ilk növbədə “Cənub” qaz dəhlizinin yaradılması layihəsinə aiddir. Aİ bu layihənin vaxtında həyata keçirilməsi üçün mümkün olan hər şeyi edəcək”.
Bolqarıstan Enerji Daşıyıcılarının Sənaye İstehlakçıları Federasiyasının İdarə heyətinin üzvü Konstantin Stamenov Bolqarıstanın enerji resurslarına olan tələbatının təmin olunmasında Xəzər regionunun rolundan danışıb. O, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın xüsusi rolunu vurğulayaraq bildirib ki, ölkələrimiz arasında neft və qaz sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün intensiv danışıqlar aparılır.
Professor, Vaqif Qurbanov çıxışı zamanı ADNA-nın neft -qaz sənayesinə vermiş olduğu töhfələri qeyd edərək, ADNA-nın yüksək ixtisaslı mühəndislərinin neft sənayesinin inkişafında mühüm rola malik olduğunu bildirdi. Professor əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan enerji siyasətinin bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və Azərbaycanın mühüm enerji layihələrində iştirakçı olduğunu, eləcə də enerji təhlükəsizliyi ilə bağlı beynəlxalq tələbələrin yüksək keyfiyyətlə həyata keçirdiyini qeyd etdi.
Sonra Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Energetika Nazirliyinin iqtisadiyyat, elm və innovasiya şöbəsinin müdiri Rafiq Əliyev çıxış ediblər. Konfransın iştirakçıları bu Forumu həm də bu sahədə baş verən keyfiyyət dəyişiklikləri barədə etibarlı informasiya mənbəyi kimi dəyərləndiriblər. Əvvəlki illərdə olduğu kimi, konfransın işində müxtəlif ölkələrin neft-qaz sənaye sahəsinin aparıcı mütəxəssisləri və rəhbərləri, energetika üzrə agentliklər və iqtisadi institutların tanınmış ekspertləri iştirak edir. Bu səbəbdən, ekspertlər hesab edirlər ki, son zamanlar yaranmış beynəlxalq reallıq və enerji istehlakçıları olan iri dövlətlərin kəsişən maraqları şəraiti nəzərə alınmaqla, Xəzər regionunun yanacaq-enerji kompleksinin mühüm problemləri üzrə fikir mübadiləsi aparmaq üçün gözəl imkan yaradacaq. Enerji resurslarının daim kəskinləşən qıtlığı şəraitində Xəzər dənizi hövzəsinin və xəzəryanı ərazilərin zəngin ehtiyatları dünya bazarlarına neft və qazın daxil olmasının mühüm mənbəyinə çevrilir. Konfrans çərçivəsində “Enerji layihələrinin inkişafının geosiyasəti və regionda əsas oyunçular”, “Şərq-Qərb enerji layihələrinin inkişafında Azərbaycanın enerji layihələrinin rolu”, “Neft emalında yeni texnologiyaların tətbiqi - Xəzərdə və Orta Asiyada neft emalı zavodlarının modernləşdirilməsi və tikintisi üzrə layihələrin reallaşması” və sair mövzular ətrafında çıxışlar olacq. Həmçinin, Xəzər və Qara dənizyanı ölkələrin limanlarına dair icmal təqdim olunmuş, qazın satış bazarları (Türkiyə, Cənub-Şərqi Avropa), “Cənub qaz dəhlizi”nin nəqliyyat layihələrinin formalaşmasında Azərbaycanın rolu və qazın yeni nəql və ixrac yolları ətrafında müzakirələr aparılacaq. Seminar iştirakçıları Avropa və MDB-nin neft məhsulları və neft-kimya bazarlarında tələbat, Xəzər regionunun və MDB-nin neft və kimya emalı məhsullarının imkanları, neft emalında investisiyalar və nanotexnologiyaların tətbiqinə dair məsələləri də müzakirə edəcəklər.
Konfransın Xəzər regionunda neft-qaz sektorunun inkişaf tendensiyasına həsr olunmuş birinci sessiyasını Energetika Nazirliyinin iqtisadiyyat, elm və innovasiya şöbəsinin müdiri Rafiq Əliyev açaraq “Azərbaycanın energetik nəqliyyat siyasətinin əsas prinsipləri və regionun energetik təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə onun realizə edilməsinin strateji istiqamətləri” mövzusunda məruzə ilə çıxış edib.
Qeyd edək ki, konfrans çərçivəsində Bakı Ali Neft Məktəbi (BANM) və Böyük Britaniyanın “Confidence Capital” şirkəti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. Razılaşmanın məqsədi BANM və “Confidence Capital” şirkəti arasında qabaqcıl texnologiyalar, yanacaq-enerji kompleksinin inkişafı haqqında Bakıda, Londonda və digər şəhərlərdə seminarlar, konfranslar, yay və qış məktəbləri, stajkeçmə, ixtisasartırma və yenidənhazırlama kursları təşkil edilməsi və biliklərin dövlət orqanlarının, şirkətlərin, müəssisələrin, elm və təhsil mərkəzlərinin, qeyri-hökumət təşkilatlarının mütəxəssislərinin, tələbələrin arasında yayılması sahəsində əməkdaşlığın qurulmasıdır.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info