“İdeya Bankı”nın əhatə dairəsi genişlənir
Tarix: 10.04.2015 | Saat: 16:01:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili prosesinə vətəndaşların cəlb edilməsi, yaradıcı, sosial və ictimai əhəmiyyətli ideyaların toplanılması üçün “İdeya Bankı” yaradılıb. “ASAN xidmət” mərkəzindən verilən xəbərə görə, bu ilin mart ayından etibarən “İdeya Bankı”nın əhatə dairəsi daha da genişləndirilib. Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası da “İdeya Bankı”na qoşulub.
Artıq “İdeya Bankı” vasitəsi ilə bu orqanların müəyyən etdiyi istiqamətlər üzrə ideyaların qəbuluna başlanılıb. Hər bir vətəndaş qeyd edilən dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz ideya və təkliflərini www.ideyabankı.az və ya www.ideya.az” sayıtlarına daxil olmaqla elektron qaydada göndərə bilər. Komissiya tərəfindən qalib seçilən ideyaların mükafatlandırılması nəzərdə tutulur.
Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində vətəndaşlardan daxil olan ideyaların böyük rolu olub. Banka bu günə qədər 3500-dən çox ideya qəbul olunub və onların bir çoxu reallaşdırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info