Çexiya prezidentindən Obamaya ultimatum
Tarix: 10.04.2015 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


Çexiya prezidenti Miloş Zeman ABŞ-ın Praqadakı səfiri Endryu Şapiro ilə yalnız ABŞ prezidenti Barak Obama Çexiyanın Vaşinqtondakı səfiri Pyotr Qandaloviçi qəbul etdikdən sonra görüşəcək.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Çexiyanın “İmpuls” radiostansiyasına müsahibəsində prezident administrasiyasının xarici siyasət departamentinin müdiri Ginek Kmoniçek bildirib.
“Praqada olan hər hansı digər səfirlərdə olduğu kimi, səfir Şapironun həqiqətən böyük və mühüm səbəbi olmalıdır ki, Çexiya prezidenti onu rəsmi, tet-a-tet, qəbul etsin”, deyə Kmoniçek qeyd edib.
O hazırda belə bir səbəbin olmadığını qeyd edib: “Lakin əgər sabah Obama səfir Qandaloviçi qəbul edərsə, prezident Zeman da, bundan sonra, səfir Şapiro ilə görüşə bilər”.
Qeyd edək ki, bundan əvvəl Miloş Zeman ABŞ səfiri Şapironun onun Moskvaya faşizm üzərində qələbənin 70 illiyinə həsr olunan tədbirə qatılmaq qərarını tənqid etməsinə sərt reaksiya verib: “Mən Çexiyanın Vaşinqtondakı səfirinin ABŞ prezidentinə hara səfər etməsini tövsiyə etməsini təsəvvür edə bilmirəm. Mən heç bir səfirə xarici səfərlərimlə bağlı öz məsləhətləri ilə müdaxilə etməyə yol vermərəm. Düşünürəm ki, mənim bu bəyanatımdan sonra prezident sarayının qapıları səfir Şapironun üzünə açılmayacaq”, deyə o qeyd edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Senator Harris ABŞ prezidentliyinə namizədliyini rəsmən elan edib
22.01.2019
Praqada “gecə meri” vəzifəsi yaradılıb
22.01.2019
“United Airlines” aviaşirkətinin sərnişinləri 16 saat təyyarədə qalıblar
22.01.2019
Gürcüstanda “donuz qripi” daha bir nəfərin həyatına son qoyub
21.01.2019
“WhatsApp” mesaj göndərişlərini məhdudlaşdırıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info