PKK lideri “savaş yetər!” dedi
Tarix: 10.04.2015 | Saat: 16:21:00 | E-mail | Çapa göndər


PKK terror təşkilatının liderlərindən biri olan Cəmil Bayık Almaniyada yaxın keçmişdə həyata keçirdikləri aksiyalarla əlaqədar bu dövlətdən üzr istəyib.
“Sabah” qəzetinin verdiyi məlumata görə, C. Bayık Almaniyanın WDR və NDR telekanallarına müsahibəsində PKK-nın son illərdə ciddi dəyişiklik mərhələsinə qədəm qoyduğunu deyib. O, Almaniyada 1990-cı illərdə avtomagistrallarda hərəkətin dayandırılması, nümayişçilərin özünü yandırması kimi aksiyaların bir daha təkrarlanmayacağını bəyan edib: “PKK adından alman xalqından üzr istəyirəm. Bir daha belə şeylər olmayacaq”.
C. Bayık Türkiyə qarşı savaşmaq istəmədiklərini də açıqlayıb. O, müstəqil Kürdüstan məqsədindən vaz keçdiklərini və problemin siyasi yolla həllini istədiklərini vurğulayıb: “Artıq savaşa yetər deyirik. Biz də, türk dövləti də savaşla öz məqsədinə çata bilmədi”.
C. Bayık hazırda PKK-nın prioritetinin “İŞİD”ə qarşı mübarizə olduğunu söyləyib.
Qeyd edək ki, Avropa İttifaqının terrorçu təşkilatlar siyahısında olan PKK-ya qarşı Almaniyada 4500 cinayət işi açılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info