EBRD: “Azərbaycan korrupsiya ilə mübarizədə böyük irəliləyiş əldə edib”
Tarix: 10.04.2015 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Azərbaycanda dövlət qeydiyyatından keçməyərək fəaliyyət göstərən şirkətlərin bazarda payı 40,7%-dən 18,4%-dək düşüb.
Bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) biznes mühiti və müəssisələrin fəaliyyəti ilə bağlı apardığı araşdırmada (Business Environment and Enterprise Performance Survey (BEEPS)) qeyd edilib.
Araşdırmanın müəllifləri hesab edir ki, Azərbaycan bu irəliləyişə 2009-cu ildən etibarən nail olub. Həmin dövrdən etibarən ölkəmizdə biznes qurmaq şərtləri xeyli yüngülləşib.
Bankın analitikləri hesab edir ki, Azərbaycandakı sahibkarlıq subyektlərinin ən böyük problemlərindən biri maliyyə mənbələrinə çıxış imkanlarının məhdud olmasıdır. Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin yalnız 14,6%-i üçün kredit əl çatan olub.
Sahibkarlıq subyektlərinin fəaliyyətinə ən böyük maneələrdən biri də torpağa çıxışın məhdud olmasıdır. Lakin bu istiqamətdə də irəliləyiş nəzərə çarpır.
EBRD mütəxəssislərinin apardığı araşdırma göstərir ki, Azərbaycan korrupsiya ilə mübarizədə xeyli nailiyyətlər əldə edib. Bankirlər bunu müvafiq qanunvericilik aktlarının qəbulu ilə izah edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info