“Saxta erməni soyqırımı: uydurma və gerçəklik”
Tarix: 10.04.2015 | Saat: 17:37:00 | E-mail | Çapa göndər


Bakıda “Saxta erməni soyqırımı: uydurma və gerçəklik” mövzusunda beynəlxalq konfrans keçirilib. Beynəlxalq konfrans Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnsan Hüquqları İnstitutu tərəfindən təşkil olunub.
Konfransı giriş sözü ilə AMEA İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili, hüquq elmləri doktoru Aytən Mustafayeva açıb. A. Mustafayeva çıxışında bildirib ki, rəhbərlik etdiyi institutda Azərbaycan-Ermənistan münaqişəsi, habelə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasəti haqda araşdırmalar aparılır: “Biz bu məsələni illər boyu işləyirik. Bu münaqişə bu günlə bağlı olan mövzu deyil. Dağlıq Qarabağ münaqişəsi müasir dövrdə erməni ideoloqlarının apardıqları siyasətin göstəricisidir. Başqa ölkələrin torpaqlarını işğal etmək arzusuyla yaşayan erməni ideoloqları erməni terror təşkilatları vasitəsilə başqa ölkələrinin bayraqları altında bunu ediblər”.
Avrasiya Araşdırmalar Mərkəzinin rəhbəri Alev Kılıç beynəlxalq konfransın təşkil olunmasının bu gün üçün vacib olduğunu bildirib: “Hər iki ölkə, həm Azərbaycan, həm Türkiyə daima ermənilərin ittihamlarına məruz qalır. Ermənilər bizi günahkar kimi təqdim etməyə çalışırlar. Ona görə də belə konfransların keçirilməsi çox vacibdir. 1915-ci ildə türklər tərəfindən ermənilərə qarşı heç bir soyqırımı siyasəti aparılmayıb. O vaxt Birinci Dünya Müharibəsi gedirdi. Təbii ki, bu müharibə idi və müharibədə minlərlə insan öldürülüb. Ermənistan respublikası və erməni diasporu özlərini elə aparır ki, guya onların heç biri qüsuru yoxdur. Biz bunu rədd edirik, tarixi revanşizm istəmirik, gələcəyə baxmaq istəyirik. Biz bir alicənablıq göstəririk”.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundovun Ermənistanın monoetnik ölkə olmasına diqqət çəkib: “Onlar saxta erməni soyqırımının 100 illiyini keçirməyə hazırlaşırlar. Məsələ tarixçilərin işidir, siyasətçilərin işi deyil. Hər hansı bir konqresmen bu məsələ ilə bağlı qərar qəbul edəndə dünyanın böyük alimləri onlara cavab verirlər. Bugünkü Ermənistanın tarixşünaslığı nədir? Ermənistan dövləti dünyada unikal bir dövlətdir. Onların unikallığı nədən ibarətdir? Ermənistan monetnik dövlətdir. Ermənistan dörd polietnik dövlətlə - İran, Azərbaycan, Türkiyə və Gürcüstanla sərhəddir. Necə olur ki, Ermənistan monoetnik dövlət olur? Bunu bir dəfə beynəlxalq konfransda onlara deyəndə mənə İslandiya və Yaponiyanı nümunə göstərdilər. Dedim axı, onlar adada yerləşir”.
Fuad Axundov onu da qeyd edib ki, Ermənistan dövləti Ermənistandakı yer adlarının dəyişdirilməsi siyasətini aparır: “Milli toponimlərimiz dəyişdirilib, qədim alban kilsələri erməniləşdirilib. Bütün bunlar erməni tarixşünaslığının prioritetidir. Türkiyədə guya genosid olub, amma orada minlərlə erməni yaşayır. Azərbaycanda guya ermənilər qırılıb, burada da 30 min erməni yaşayır. Bəs, bu necə olur? Onu da qeyd etmək istəyirəm ki, biz İstanbuldakı arxivlərdə olmuşuq. Orada çox maraqlı məlumatlar var”.
Konfransda çıxış edən Moldovanın Ombudsmanı Aureliya Qriqoriu söyləyib ki, yaxın tarixdə ermənilər Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədiblər: “Ermənistan dövləti 23 il əvvəl Xocalıda azərbaycanlılara qarşı soyqırımı cinayətini törədib. Bu ancaq Azərbaycana qarşı yox, bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Təəssüflər olsun ki, bu gün dünyada hələ də ikili standartlar mövcuddur. Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı cinayətləri əsl hüquqi qiymətini almayıb. Azərbaycanın torpaqları işğal altındadır”.
Konfransda bildirilib ki, professor Rövşən Mustafayev adına Beynəlxalq Fondun və AMEA İnsan Hüquqları İnstitutunun təsis etdiyi “Professor Rövşən Mustafayev” medalına Heydər Əliyev Fondunun 10 illik fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərə görə Azərbaycanın birinci xanımı, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma və təbliğat kampaniyası çərçivəsində Azərbaycan həqiqətlərinin təbliğində müstəsna xidmətlərinə görə isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya layiq görülüb.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Prezident İlham Əliyev: Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır
20.11.2018
Azərbaycan və Belarus arasında hərbi-texniki əməkdaşlığın kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyli var
20.11.2018
Belarus və Azərbaycan həmişə etibarlı və strateji tərəfdaş olaraq qalacaqlar
19.11.2018
Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info