Rusiya telekanalı birinci Avropa Oyunları ilə bağlı reportaj yayımlayıb
Tarix: 10.04.2015 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


Rusiyanın “NTV plyus” telekanalında bu il iyunun 12-28-də Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı reportaj yayımlanıb.
Reportajda Azərbaycan paytaxtında bu möhtəşəm tədbirə hazırlıq işlərindən bəhs olunur. Telekanalın müxbiri Bakıda keçiriləcək Avropa Oyunlarını əsas olimpiya oyunları ilə müqayisə edir və bildirir ki, dünya miqyaslı idman yarışlarına hazırlıq üçün ölkəyə 7 il vaxt verilsə də Bakı istisna olaraq oyunlara hazırlığı 3 ilə başa çatdırdı.
Reportajda yeni tikilən idman obyektləri barədə də məlumat verilir. Bildirilir ki, oyunların keçirilməsi üçün nəzərdə tutulan 18 idman obyektində bütün işlər artıq yekunlaşıb. Süjetdə Bakı Atıcılıq Mərkəzinin Avropa Oyunlarına 100 faiz hazır olduğu qeyd olunur, Mingəçevirdəki “Kür” Avarçəkmə İdman Mərkəzi haqqında ətraflı danışılır.
Müəllif sonda birinci Avropa Oyunlarının kifayət qədər geniş miqyaslı idman tədbiri olduğunu xüsusi vurğulayır.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ötən ilin yekunları müzakirə edilib
16.01.2019
Baş prokurorun Şamaxıda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
16.01.2019
SOCAR: Hava şəraitinin kəskinləşməsi ilə əlaqədar 2500-dək neftçi təxliyyə olunub
16.01.2019
Hərbi hissələrdə təhlükəsizlik tədbirləri görülüb
16.01.2019
“Azəriqaz” hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info