Əli Abbasov: “TANAP Avrasiya Böyük İnformasiya layihəsinə yol açır”
Tarix: 10.04.2015 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


Azərbaycanın milli inkişaf strategiyası Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə İstanbulda keçirilən XVIII Avrasiya İqtisadi Zirvəsində yüksək dəyərləndirilib. Qeyd olunub ki, bu siyasət yaxın gələcəkdə daha böyük nəticələr verəcək. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, Azərbaycanın həyata keçirdiyi və təşəbbüs göstərdiyi yeni-yeni layihələr Mərkəzi Asiya, Müstəqil Dövlətlər Birliyi, Şərqi Avropa ölkələrində ciddi maraqla qarşılanır və sürətlə özünə tərəfdaşlar tapır. Nazir deyib: “İstanbulda keçirilən Avrasiya Zirvəsindəki məruzə və çıxışlarda “inkişafa necə nail olmaq mümkündür” sualına cavab axtarılırdı. Çünki sadaladığımız coğrafiyada inkişaf üçün tələb olunan resurslar olduğu kimi, inkişaf və tərəqqiyə mane olan ciddi elementlər də mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyevin Zirvəyə ünvanlandığı təbrik məktubunda bir daha Azərbaycanın regionun inkişafı üçün həyata keçirdiyi şəffaf siyasətin ayrı-ayrı istiqamətləri, eləcə də dünyəvi əhəmiyyət daşıyan iqtisadi layihələrin mahiyyəti öz əksini tapıb. Avrasiya Böyük İnformasiya Yolu layihəsinə BMT Baş Assambleyasının qəbul etdiyi 3 qətnamədə dəstək verililməsi İstanbulda keçirilmiş Avrasiya Zirvəsində yüksək informasiya texnologiyalarının inkişafına dair mövzuların müzakirəyə çıxarılmasının əsas səbəbidir. Bu layihəni birgə həyata keçirmək Azərbaycan Respublikası ilə Beynəlxalq Telekommunikasiya İttifaqına həvalə olunub. Qeyd etdiyimiz Avrasiya Böyük İnformasiya Yolu layihəsi Azərbaycan siyasi iradəsi və digər imkanları sayəsində qədim İpək Yolu üzərində qurulacaq beynəlxalq əhəmiyyətli dəhlizdir. Zirvənin bütün iştirakçıları bu layihəyə maraq göstərdilər”.
Ölkəmizin ərazilərini işğal altında saxlayan Ermənistanın bu layihədə iştirakının mümkünlüyü barədə nazir Əli Abbasov bildirib ki, ümumiyyətlə, Ermənistanın təcavüzkar siyasəti təkcə region üçün təhlükə deyil: “Bu siyasətin aradan qaldırılmaması dünyanın ayrı-ayrı bölgələrində yeni-yeni münaqişə ocaqlarının yaranmasına da öz təsirini göstərir. İstanbul Zirvəsində Azərbaycanın təbii ehtiyatları və geosiyasi vəziyyəti, beynəlxaq aləmdəki möhkəm mövqeyi, o cümlədən ölkədəki hərtərəfli sabitliyi yüksək dəyərləndirilib. Ölkəmizin inkişaf imkanlarının bir qismi təbii resurslar olduğu halda, digər hissəsi isə qazanılmış nailiyyətlərdir. Bütün bunlar isə həm xarici sərmayənin ölkəyə cəlb edilməsinə, həm də xarici ölkələrə sərmayə yatırmaq baxımından tələb olunan normalardır. Ermənistan isə özünün işğalçılıq siyasəti, eləcə də iddiaları ilə imkanları arasındakı namütənasiblik səbəbindən bütün bu imkanlardan məhrum olub. Bəhs etdiyimiz Avrasiya Böyük İnformasiya Yolu çoxşaxəli layihə olaraq bütün ölkələr üçün açıqdır. Bu layihə siyasi xarakter daşımır. Lakin istənilən layihənin reallaşmasında və ona kənardan qoşulmalar məsələsində ikitərəfli və çoxtərəfli münasibətlər mühüm amildir. Əgər Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətindən və Türkiyəyə qarşı əsassız iddialarından əl çəkməzsə o zaman bu layihəyə qatılmasında da problemlərlə qarşılaşacaq. Böyük İnformasiya Yolunun bir hissəsi TANAP layihəsi ilə üst-üstə düşür. TANAP-ın tikintisində onunla paralel olaraq yüksək informasiya ötürücülüyü olan kabellərin, o cümlədən informasiya daşıyıcısı olan digər mühəndis qurğularının tikintisi nəzərdə tutulur. Ona görə də deyə bilərik ki, TANAP Böyük İnformasiya layihəsinə yol açır”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info