E.Süleymanova: “Həqiqətə dözümsüzlük ermənilərin simasını göstərir”
Tarix: 10.04.2015 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


“Ermənistan Azərbaycanın tarixi torpaqlarında marionet bir rejim yaradıb və oyuncaq rejimin öz prokuroru, öz məhkəməsi var. Elə bu yaxınlarda da bu oyuncaq məhkəmə öz ata-baba torpaqlarını, oradakı valideynlərinin məzarlarını ziyarət edərkən ermənilərin girov götürdüyü iki azərbaycanlıya hökm oxuyub. Onlardan birinə ömürlük cəza, birinə 22 il cəza verilib. Beynəlxalq hüquqda belə bir president yoxdur. Ortada cinayət yoxdur”. Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova deyib. Ombudsman bildirib ki, həqiqətə dözümsüzlük ermənilərin simasını göstərir: “Bunun ən bariz nümunəsi Moldova Ombudsmanı Aureliya xanıma olan münasibətdir. Moldova ombudsmanı bir neçə dəfə Azərbaycanda olub, Azərbaycan həqiqətləri ilə tanış olub. Dondurulmuş münaqişələrə həsr olunmuş tədbirdə ermənilər onun Azərbaycanın həqiqətləri haqda çıxışına imkan verməyiblər. Ermənistan hakimiyyəti bu gün Azərbaycanı Qafqazda sülhə ən böyük təhlükə kimi görür. Bunun adı vicdansızlıqdır. Bizim 20 faiz torpağımız işğal olunub, bir milyondan çox qaçqın və məcburi köçkünümüz var. Bu, heç bir yerdə yoxdur. Ermənistan hətta azərbaycanlı uşaqlara da qıyır. Erməni snayperinin 9 yaşlı Fariz Bədəlovu öldürməsi buna bir nümunədir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info